Modern.az

Azərbaycandan Avropaya “Beyin axını” artıb - Miqrasiya Mərkəzindən AÇIQLAMA

Azərbaycandan Avropaya “Beyin axını” artıb -  Miqrasiya Mərkəzindən AÇIQLAMA

10 Yanvar 2014, 14:11

Ötən il Avropa İttifaqına (Aİ) üzv olan dövlətlərdən qaçqın statusu almaq üçün 330.000 nəfər müraciət edib. Aİ üzvü olmayan ölkə vətəndaşlarına müraciətlərinin sayı 2011-ci illə müqayisədə 10% çoxdur.

Azərbaycan Miqrasiya Mərkəzindən Modern.az-a verilən məlumata görə, 2013-cü ildə əvvəlki illərlə müqayisədə Azərbaycandan getmək istəyənlərin sayı 18-20% artıb. Ölkədən getmək istəyənlər bunu iqtisadi, sosial və siyasi problemlərin daha da dərinləşməsi ilə əsaslandırır. Qonşu ölkələrlə müqayisədə daha ciddi inkişafa malik olmasını iddia edən Azərbaycan vətəndaşlarının ölkəni tərk etməsi daha çox siyasi problemləri olan insanların hüquq və azadlıqlarının pozulması ilə bağlıdır.

Mərkəzdən onu da bildiriblər ki, ayrı-ayrı ölkələrdə Azərbaycan vətəndaşlarının qaçqın statusu almaq üçün müraciət etməsi Azərbaycanda insan hüquq və azadlıqlarının kobud sürətdə pozulmasının göstəricisi olmaqla ölkə haqqında mənfi imic formalaşdırır. 
Eyni zamanda əvvəlki illərlə müqayisədə xaricə gedənlərin daha çox Azərbaycan Respublikasının hesabına yüksək keyfiyyətli təhsil almış mütəxəssislərdir. 
AMM baş verənləri ictimaiyyətin diqqətinə çatdırmaqla ölkədə baş verən kütləvi beyin axınından ciddi narahatçılığını bildirir və Azərbaycan hakimiyyətini təcili olaraq insanların daha münbit sosial, siyasi, iqtisadi şəraitdə yaşaması, çətin vəziyyətə düşərək ölkəni tərk etməməsi üçün zəruri tədbirlərin görülməsinə dəvət edir.

Gültəkin ƏLƏSGƏR

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!