Modern.az

Yeni partiyanın təsis konfransının vaxtı açıqlandı

Yeni partiyanın təsis konfransının vaxtı açıqlandı

10 Yanvar 2014, 14:14

Bu gün Gələcək Azərbaycan Partiyası (GAP) Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. 

  Bu barədə Modern.az-a partiyanın Təşkilat Komitəsinin sədri Ağasif Şakiroğlu məlumat verib. O bildirib ki, toplantıda ölkədəki ictimai-siyasi durum, vətəndaşların yeni yaradılan siyasi partiya ilə bağlı fikirləri geniş müzakirə olunub: “Eyni zamanda rayon təşkilat komitələrinin genişləndirilməsi və təsis konfransına hazırlıq məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Toplantıda qərara alınıb ki, yanvarın 31-də təsis konfransı keçirilsin”.  

GAP nümayəndəsi qeyd edib ki, keçiriləcək konfransda partiya təsisçilərinin adları açıqlanacaq. Qeyd edək ki, partiya təsisçiləri arasında keçmiş səhiyyə naziri Əli İnsanovun, eks-spiker Rəsul Quliyevin və sabiq millət vəkili Hüseyn Abdullayevin adları hallanır. 


İlkin
 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!