Modern.az

Məşhur nəhəng tısbağa yanğından xilas edildi

Məşhur nəhəng tısbağa yanğından xilas edildi

10 Yanvar 2025, 10:46

 "TipToe" adlı nəhəng tısbağa Los-Ancelesdə yanğınlardan xilas edilib.

Modern.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

"80 kiloqramlıq "TipToe" təxliyə olunanlar arasında idi - xilasedicilər onu Los-Ancelesın Poliseyds rayonundan böyük konteyner içində çıxarıblar", - deyə məlumatda qeyd olunub.

Heyvanın sahibi Keytlin Dorn öz ailəsinin və heyvanlarının yanğından necə xilas olduğunu "TikTok"dakı 4.5 milyon izləyicisi üçün çəkib. 

Dorn ailəsinin bir neçə üzvünün Poliseyds rayonunda yaşadığını və yanğın səbəbindən evlərini itirdiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi