Modern.az

Qadın sürücü ərini avtobusda bıçaqladı - ANBAAN GÖRÜNTÜLƏR

Qadın sürücü ərini avtobusda bıçaqladı - ANBAAN GÖRÜNTÜLƏR

10 Yanvar 2025, 10:50

Türkiyənin Adana şəhərində 26 yaşlı qadın sərnişin avtobusunu idarə edən həyat yoldaşına bıçaqla xəsarət yetirib.

Modern.az xəbər verir ki, hadisə anı təhlükəsizlik kameralarına düşüb.

Avtobusa daxil olan Sabriye adlı qadın Mehmet adlı ərinin üzünə ilk olaraq gözyaşardıcı qaz sıxıb, daha sonra qolunu dişləyib və ərini boynundan bıçaqlayıb.

Onların boşanma ərəfəsində olduğu bildirilir.

Sabriye hadisə yerindən qaçsa da, polis tərəfindən saxlanılıb. Məhkəmə qarşısına çıxarılan Sabriye barəsində ev həbsi qərarı verilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi