Modern.az

Paşinyanın gözü önündə əlbəyaxa DAVA DÜŞDÜ

Paşinyanın gözü önündə əlbəyaxa DAVA DÜŞDÜ

10 Yanvar 2025, 11:42

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının dünənki iclası zamanı deputat Hayk Sarkisyanla Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan arasında dava düşüb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Onlar Paşinyanın qarşısında mübahisə edib.

Məlumata görə, baş nazir Nikol Paşinyanın iştirakı ilə baş verən insidentə Sarkisyanın regionda qanunsuz meşələrin qırılması ilə bağlı “kəskin çıxışı” səbəb olub, bundan sonra deputatla qubernator arasında təhqirlər səsləndirilib.

Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman Paşinyan iclası tərk edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi