Modern.az

150 min nəfərə yanğın xəbərdarlığı edildi

150 min nəfərə yanğın xəbərdarlığı edildi

Dünya

11 Yanvar 2025, 00:40

Los-Ancelesdə baş verən yanğınlarla əlaqədar bölgədə yaşayan 150 min sakinə təxliyə əmri verilib.

 

Modern.az-ın məlumatına görə, yanğınlar nəticəsində 10 mindən çox mülk zərər görüb və bu rəqəmin yaxın günlərdə daha da artacağı gözlənilir.

 

Los-Anceles vilayətinin şerifi Robert Lunanın sözlərinə əsasən, 57 min 830 infrastruktur yanmaq riski altındadır.

 

Ümumilikdə meşə yanğınları nəticəsində 145 kvadratkilometr ərazi yanıb. Bu 1,6 milyon nyu-yorklunun yaşadığı Manhetten bölgəsindən 2,5 dəfə böyükdür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi