Modern.az

Bu həftə Fransada döyülən azərbaycanlıların işi üzrə hakim təyin ediləcək

Bu həftə Fransada döyülən azərbaycanlıların işi üzrə hakim təyin ediləcək

Təhsil

14 Yanvar 2014, 10:51

Fransa Milli Assambleyasının binasında erməni diasporunun üzvləri tərəfindən döyülən “Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynovun yenidən açılan cinayət işində hələlik yenilik yoxdur. Bunu Modern.az-a açıqlamasında Mirvari Fətəliyevanın özü deyib.

O, qeyd edib ki, cinayət işinin yenidən açılmasına baxmayaraq bu günə qədər hələ hakim təyin edilməyib. “Bu günə qədər hakim təyin edilmədiyi üçün işə baxılmırdı. Amma bu həftə içərisində hakim təyin edilməlidir. Yalnız bundan sonra iş yenidən qaldırılacaq”.

Xatırladaq ki, keçən ilin fevralın 26-da “Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynovun Fransa parlamentinin binasında erməni diasporunun nümayəndələri tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı iş əvvəlcə Fransa Jandarmeriyasına, daha sonra Paris Prokurorluğuna verilib. Azərbaycan Respublikasının Baş prokuroru hadisə ilə bağlı Fransa Respublikasının Ali Məhkəməsi yanında Baş prokurora və Paris Apelyasiya Məhkəməsi yanında Baş prokurora müraciət edib.

Aytən ƏLİYEVA 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!