Modern.az

Kəlbəcərdə erməni məskunlaşması davam edir - VİDEO-ŞƏRH

Kəlbəcərdə erməni məskunlaşması davam edir - VİDEO-ŞƏRH

Təhsil

14 Yanvar 2014, 11:20

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində süni məskunlaşdırma prosesini sürətləndirib. Yaxın Şərqə baş verən iğtişaşlardan sonra bu proses pik həddinə çatıb. Baxacağınız bu video yuxarıda deyilənlərin bariz nümunəsidir. Ermənişünas alim, hazırda Türkiyə universitetlərində çalışan həmyerlimiz Qafar Çaxmaqlının Modern.az saytına təqdim etdiyi videoda (//www.youtube.com/watch?v=6qGA68zpzEs&feature=share) ermənilərin Kəlbəcərdə necə məkunlaşdıqları, onların qədim Azərbaycan torpaqlarını necə öz adlarına çıxdıqları görüntülənir.

Kəlbəcərin ən hündür yerində dayanıb bu yerlərin ermənilərə aid ərazilər olduğunu qələmə verən erməni gənci özü də xaricdən buraya könüllü yaşamağa gələnlərdəndir. "Karvacar" adlandırdığı ("Kar"-ermənicə daş, "vacar" isə satmaq deməkdir) bu qədim türk məskəninin guya yalnız son 100-150 il ermənisiz qaldığını və nəhayət, öz sahibinə qovuşduğunu həyasızcasına iddia edən erməni gənci burada yerləşdirmə planının istədikləri kimi getmdiyindən narazıdır. Deyir ki, keçmiş hakimiyyət yanlış olaraq buraları dağıdıb talamaq siyasəti yürütmüşdü, bu o demək idi ki, nə zamansa buranın Azərbaycana təhvil veriləcəyi anlaşılırdı. Amma 1998-ci ildə "azad olunmuş" 7 rayonun hamısına ermənilər gətirilərək, onları  burada yerləşdirmək bir qərara bağlandı və ondan sonra buraya əhali gəlib yaşamağa başladı. İndi Kəlbəcərin 122 kəndindən 15–16-da məskunlaşma gedir.

2007-ci ildən Bako Saakyan və onun separatçı komandası erməni milli maraqlarının ifadəçisi kimi çıxış edir. Kəlbəcər şəhərinin aşağı hissəsində videodan da göründüyü kimi, əhali yerləşdirilib və onlar burada yaşamaqdadır, evlər bərpa olunub. Bu evlərdə həm buranı özünə məskən seçənlər, həm də buraya çalışmağa gələnlər yaşayırlar.
2005- ci ildə burada mənzil tikilməsi dayandırılmışdı. İndi isə bu işə yenidən başlanılıb.  Gəlmə erməni Aleksandr Kananyanın sözündən belə çıxır ki, ermənilər bu torpaqları heç vaxt Azərbaycana verməyəcəklər və bunda israrlıdırlar. Murovdan Araz çayına qədər ermənilərin məskunlaşdığı yüzlərlə kənd-qəsəbə var. Kəlbəcər və Laçın rayonları faktiki olaraq Qarabağı ərazicə Ermənistana bağlayıb.

Erməni diasporu da bu işə yardımlarını əsirgəmir. Suriyadan qaçqın düşənlərin bir çoxunun məhz bu aralıq ərazidə yerləşdirilməsi də göstərir ki, həmin torpaqlar könüllü surətdə boşaldılmayacaq.

Videoda deyilir ki, məskunlaşdırıldıqları Azərbaycan ərazilərində doğulan erməni uşaqları buranı öz vətənləri sayır və onlar özləri ən etibarlı müdafiəçilərdir. Deyilir ki, bu işi ermənilər davam etdirməlidir.

Göründüyü kimi Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərimizdə ermənilərin yerləşdirilməsi davam etdirilir. Danışıqlar zamanı Dağlıq Qarabağın kənarındakı rayonların geri verilməsi belə, ermənilərin gündəmini məşğul etmir. Hətta bu məsələlər danışıqlar predmeti kimi ortaya çıxarkən milliyətçi təşkilatlar hakimiyyətə təzyiqlər göstərirlər ki, həmin ərazilrin Azərbaycana verilməsindən söhbət gedə bilməz. "Yerkrapa","Sərdarabad" kimi təşkilatlar dərhal hədələrlə ortaya atılır.



Aytən ƏLYEVA
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!