Modern.az

Milli Məclis bəzi inzibati ərazilərdə dəyişiklik edəcək

Milli Məclis bəzi inzibati ərazilərdə dəyişiklik edəcək

Təhsil

14 Yanvar 2014, 12:36

Milli Məclisin yaz sessiyası yanvarın 15-də komitələrin iclası və fevralın 1-də plenar iclasla öz işinə başlayacaq. Bəs komitələr növbəti sessiyada hansı qanun layihələrini təqdim edəcəklər?

Parlamentin Regional məsələlər komitəsinin üzvi, millət vəkili Tahir Rzayev Modern.az-a açıqlamasında bildirib ki, yaz sessiyasında bir çox qanunvericilik aktlarına əlavə və dəyişiklərin edilməsi nəzərdə tutulub.
“Eyni zamanda ərazilərin bölgüsü ilə əlaqədar komitəyə qanun layihələri daxil olub. Yaradılmış müəyyən yeni ərazilərə torpaq sahələrinin ayrılması, ərazilərin müəyyənləşdirilməsi, bələdiyyələrin adlarına dəyişiklik edilməsi, kənd adlarının dəyişdirilməsi gündəlikdə duran məsələlərdəndir. Yaz sessiyasında bu məsələlər komitədə müzakirə olunacaq”.

 

Aytən ƏLİYEVA 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!