Modern.az

Sabiq deputatlara veriləcək binanın tikintisi dayandırıldı

Sabiq deputatlara veriləcək binanın tikintisi dayandırıldı

Təhsil

14 Yanvar 2014, 12:58

II çağırış Milli Məclisin üzvü olmuş bir qrup sabiq deputatın mənzil problemi yenidən gündəmə gəlib. Modern.az saytının xəbərinə görə, eks-deputatlara mənzil tikintisinə məsul olan KAT LTD şirkətinin inşa etdiyi binada işlər Fövqəladə Hallar Nazirliyi tərəfindən dayandırılıb. Qeyd olunur ki, eks-deputatların mənzil alacağı bina üçüncü mərtəbəyədək qaldırılsa da, FHN inşaat işlərinə müdaxilə edib.

Məsələ barədə Modern.az saytına danışan mənzil almağa iddialı sabiq deputat, Kommunist Partiyasının sədri Rauf Qurbanov tikintinin dayandırılması haqqında hər hansı məlumata malik olmadığını bildirib. Onun sözlərinə görə əgər belə bir şey varsa, məsələ təhlükəsizlik və sənəd işləri ilə bağlı ola bilər.

“Hesab etmirəm ki, ümumiyyətlə tikinti dayandırılacaq. Güman edirəm ki, evlər gec ya tez tikilib öz sakinlərinə veriləcək. Evin dəyərinin tam ödənilməsi haqqında mənim əlimdə həmin firmanı arayışı var”-deyən keçmiş deputat qeyd edib ki, tikintinin dayandırılması qərəzli mövqedən irəli gələ bilməz.
“Mən oradan ev almağa ümidliyəm”-deyə R.Qurbanov bildirib.

Məsələ ilə bağlı sabiq deputat, Konstitusiya Araşdırmalar Fondunun sədri  Əliməmməd Nuriyevdən münasibət öyrənməyə çalışsaq da, xaricdə olduğundan telefonlara cavab verməyib.

Xatırladaq ki, II çağırış Milli Məclisin üzvü olmuş sabiq deputatlar hökumət tərəfindən onlara vəd olunan mənzilləri uzun illərdir ala bilmirlər. Onlar 10 ildən çoxdur mənzil növbəsində dayanıblar. Hələ 2000-2005-ci il aralığında KAT LTD şirkətinin deputatlara tikdiyi bina hazır olanda dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə verildi.
Sonradan Nazirlər Kabineti başqa binanın inşası üçün müvafiq qərar verdi və adı çəkilən şirkətin hesabına müvafiq vəsait köçürüldü. Amma elə o vaxtdan sabiq deputatlar mənzil problemi yaşayırlar. Məsələ uzandıqca, uzanır...

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!