Modern.az

Nazir müavini: “Vüqar Həşimovun müalicəsi üçün dövlət böyük dəstək göstərib”

Nazir müavini: “Vüqar Həşimovun müalicəsi üçün dövlət böyük dəstək göstərib”

Təhsil

14 Yanvar 2014, 13:25

“Azərbaycan şahmatının inkişafında, tanınmasında Vüqarın əvəzedilməz rolu olub, bu baxımdan onun vəfatı Azərbaycan şahmatı üçün də çox böyük itkidir”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib. O qeyd edib ki, Vüqar Həşimov beynəlxalq yarışlarda iştirakı ilə əlaqədar heç vaxt problem yaranmayıb. “Bu yarışların hər birində Vüqar ölkəmizi layiqincə təmsil edib. Onun müalicə alması üçün də dövlət tərəfindən böyük dəstək göstərilib. Gələcəkdə Vüqarın xatirəsinə Azərbaycanda beynəlxalq yarışlar təşkil ediləcək".

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!