Modern.az

Nazirlikdən Xaçmazda tapılan at-eşşək cəsədələri barədə AÇIQLAMA

Nazirlikdən Xaçmazda tapılan at-eşşək cəsədələri barədə AÇIQLAMA

Təhsil

14 Yanvar 2014, 13:43


“Bu tullantıları meşə ərazisinə böyük ehtimalla gecə saatlarında atıblar”. Bunu Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Ümumiyyətlə, meşələrin ətrafı hasarlanmır. Onun sözlərinə görə, hər bir vətəndaşın meşəyə girmək hüququ var: “Bu faktla bağlı hüquq müahfizə orqanları araşdırma aparır. Ümumiyyətlə, bu cür hallarda araşdırmanı nazirlik apara bilməz. Məsələn, bir ağac kəsilən zaman təqsirkar məlum deyilsə, araşdırmanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi apara bilmir. Bu səbəbdən də araşdırma hüquq mühafizə orqanlarına tapşırılıb. Meşə sahəsində bu fakt aşkarlanan zaman akt tərtib edilib və hüquq mühafizə orqanlarına müraciət edilib. Çünki təqsirkar bilinmir. Ümumilikdə, meşə sahəsindən bu cür istifadə eilməsi bizi narahat edir. Bu etik olaraq da düzgün deyil. Bioloji olaraq isə bunun heç bir zərəri yoxdur. Çünki həmin tullantı torpağa qarışaraq gübrə olacaq”.

Xaçmaz rayonunun Qımıl kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilib.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!