Modern.az

Bayden Kiyevə gedəndə qorxubmuş

Bayden Kiyevə gedəndə qorxubmuş

Dünya

17 Yanvar 2025, 13:30

ABŞ prezidenti Co Bayden 2023-cü ilin fevralında Kiyevə səfərinin təfərrüatlarını açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə o, MSNBC-yə müsahibəsində danışıb.

Bayden əvvəlcədən elan edilməmiş səfər zamanı “ruslarla əməkdaşlıq edən radikal Ukrayna elementlərinin” sui-qəsd cəhdindən qorxduğunu bildirib.

“Mən narahat idim ki, Ukraynada nəzarətdə olan və ya ruslarla əməkdaşlıq edən radikal ünsürlər buna (sui-qəsd cəhdi - red.) cəhd edə bilər”, – Bayden deyib.

O qeyd edib ki, bu səbəbdən Ukraynaya səfəri zamanı onu “ən yaxşı insanlar” müşayiət edib.

Bayden Rusiya tərəfinin “Amerika prezidenti ilə hesablaşmağa” cəhd edə biləcəyinə inanmadığını vurğulayıb.

Xatırladaq ki, Bayden səfər zamanı Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Səfər zamanı ABŞ prezidenti Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardım paketini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi