Modern.az

Pezeşkian Putinlə bir araya gəldi

Pezeşkian Putinlə bir araya gəldi

17 Yanvar 2025, 16:24

İran prezidenti Məsud Pezeşkian və Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada görüşüblər.

Modern.az xəbər verir ki, prezident Pezeşkian İranın ali rəhbəri Ayətullah Xameneinin salamlarını Vladimir Putinə çatdıraraq deyib: “İslam İnqilabının rəhbəri qardaş və dost ölkə Rusiya ilə əlaqələrin dərinləşdirilməsi və gücləndirilməsinin vacibliyini vurğulayıb”.

“Allaha şükür, region ölkələri ilə əlaqələrimiz hər gün daha da yaxşılaşır” deyən Pezeşkian İranın regionda ticarət, mədəni və iqtisadi əlaqələrinin inkişaf etdiyini xatırladıb.

Məsud Pezeşkian İran-Rusiya Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi ilə bağlı deyib:

“Biz illərdir hərtərəfli strateji saziş üzərində işləyirik və bu gün müqavilə imzalanacaq. Strateji saziş iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün əsas təşkil edəcək''.

İran-Rusiya münasibətlərini “çox mühüm və strateji” kimi qiymətləndirən Pezeşkian bu əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olduqlarını bildirib.

Pezeşkian regionun bölgə dövlətləri tərəfindən idarə olunması vacibliyini vurğulayıb:

"Dünyanın o biri tərəfindən başqalarının gəlib bölgəni parçalayıb öz siyasətlərini həyata keçirməsinə ehtiyac yoxdur”.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında yeni müqavilə əməkdaşlığın bütün sahələrinə əlavə təkan verəcək.

“Bu, əməkdaşlığımızın praktiki olaraq bütün sahələrinə əlavə təkan verəcək. Əminəm ki, bu, həm də ticarət-iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək. Baxmayaraq ki, ümumilikdə indiki tempin kifayət qədər məqbul olduğuna inanıram”, - Putin bildirib.
 

Görüşün sonunda iki lider münasibətlərdə yeni dövrün əsasını qoyan 47 maddədən ibarət Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi