“ANS-in nə bölgə müxbirləri, nə də operatorları işdən çıxarılmayıb”. Bunu Modern.az-a açıqlamasında ANS Şirkətlər qrupunun müşaviri Mais Məmmədov deyib. Onun sözlərinə görə, bu cür xəbərləri yalnız ANS-i gözü götürməyənlər yayır.
“Bu yalandır. İşçilər öz işlərinin başındadır. Bu cür xəbərləri yayanlar yalnız ANS-i gözdən salmaq istəyir. Necə ola bilər ki, bir gündə ard-arda bu qədər işçi işdən çıxarılır?! O qədər düşmən xislətli insanlar var ki! Götürüb yanlış informasiyalar yayır”.
Qeyd edək ki, bu gün saytlarda ANS-in bir neçə bölgə müxbiri və operatorlarının işdən çıxarılması xəbəri yayılıb.
Namidə BİNGÖL