Modern.az

“O, dünya şahmat tarixinin 10 şahmatçısından biri idi”

“O, dünya şahmat tarixinin 10 şahmatçısından biri idi”

Təhsil

14 Yanvar 2014, 15:06


Bu gün məşhur şahmatçısı, ölkə və Avropa çempionu, beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovla vida mərasimi keçirilib. Modern.az saytı xəbər verir ki, respublika Şahmat Mərkəzində təşkil olunan mərasimə tanınmış ziyalılarla yanaşı, onun komanda yoldaşları da qatılıb.

Azərbaycan milli komandasının üzvü Qədir Hüseynov hislərini belə bölüşüb: “Çox böyük itkidir. Buna inanmaq çox çətindir. Vüqar hamımızın ürəyində yaşayacaq. Vüqarın çox böyük nailiyyətləri vardı. Azərbaycan komandası ilk qızıl medalı 2009-cu ildə onun qələbəsi ilə qazanıb. Son oyunda 7 saat mübarizədən sonra lazımi qələbəni qazanandan sonra Avropa çempionu oldu. Bununla da Azərbaycanda yeni bir şahmat tarixi başladı. O, şahmatı çox sevirdi, həmçinin tez-tez bölgələrə gedib pulsuz dərslər keçirdi”.

Azərbaycan milli komandasının şahmatçısı qrossmeyster Şəhriyar Məmmədyarov: “Mən məşqlərdə idim. Hadisəni eşidəndən sonra özümə gəlmək, məşqləri davam etdirmək çox çətin oldu. Həqiqətən, Vüqarı bütün dünya şahmatı itirib. O, dünya şahmat tarixinin 10 ən yaxşı şahmatçısıdır. Çox gənc yaşında onu itirdik. İnanmıram ki, yüz ildə onun kimi oyunçu meydana gəlsin. Onun ölümündən sonra bütün şahmat yarışları bir dəqiqəlik sükütla başladı. Onunla milli komandada, şəxsi yarışlarımızda olan planlarımız yarımçıq qaldı.”

Son görüşünündən danışan qrossmeyster deyib: “Son turnirlərdə demək olar ki, arxa-arxaya oyunlarımız vardı, qalibiyyəti də olardı. Son oyununda məğlub olmasına çoxları inanmırdı. Amma məğlubiyyətdən sonra aydın oldu ki,  onun səhhətində problemlər var”.

Qeyd edək ki, beynəlxalq dərəcəli qrossmeyster yanvarın 11-də Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişən şahmatçı üçüncü Fəxri Xiyabanda torpağa tapşırılıb. 

Allah rəhmət eləsin!

Rafiq Qənbərov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!