Modern.az

Rusiya Kiyevi ballistik raketlərlə vurdu: ölənlər var

Rusiya Kiyevi ballistik raketlərlə vurdu: ölənlər var

18 Yanvar 2025, 09:24

Yanvarın 18-də səhərə yaxın rus qoşunları ballistik raketlərlə Ukrayna paytaxtı Kiyevə hücum edib. Hücum yanğınlar və insan tələfatı ilə nəticələnib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenkonun Telegram kanalına və Kiyev meri Vitali Kliçkonun kanalına istinadən məlumat yayıb.

Ukrayna paytaxtında yerli vaxtla saat 05:50-də hava hücumu həyəcanı elan edilib. Siqnaldan əvvəl və sonra silsilə partlayış səsləri eşidilib. Ukrayna Hərbi Hava Qüvvələri daha sonra xəbərdarlıq elan edilən ərazilərdə ballistik silahlardan istifadə təhlükəsinin olduğunu bildirib.

Bir neçə dəqiqə sonra yerli hökumət rəsmiləri Kiyevdə hava hücumundan müdafiənin fəaliyyət göstərdiyini bildiriblər.

Yerli vaxtla saat 06:04-ə olan məlumata görə, hücum nəticəsindən azı üç nəfər artıq ölüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi