Modern.az

Parlamentdə deputatlar prezidentin çıxışını yarıda kəsdilər

Parlamentdə deputatlar prezidentin çıxışını yarıda kəsdilər

Təhsil

14 Yanvar 2014, 15:38


Yeni seçilən parlamentin ilk iclasında Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov çıxışını deputatlara görə dayandırmalı olub. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb yeni seçilən deputatların fəal şəkildə ona minnətdarlıq etmələri olub. Berdımuhəmmədov yeni seçilən deputatları təbrik edib. Amma çıxışını başa vurmağa macal tapmayıb, buna səbəb bir qrup deputatın tribunaya tərəf yürüyüblər. Hərəkət edərkən prezidenti alqışlayan deputatlar ona minnətdarlıqlarını bildiriblər. Prezident isə çıxışını kəsərək parlamentin sədrinə deyib ki, yeni deputatlar reqlamenti pozurlar , onun hələ çıxış etmək üçün bir neçə dəqiqə vaxtı var. Bir qədər zarafatyana edilən bu irad zalda gülüşə səbəb olub. Baş verənlərin şahidi onu da deyib ki, təntənəli mərasimin iştirakçıları “Ruhlet” sarayına səhər saat 6-da gəliblər, halbuki iclas saat 10:00-a təyin olunub. Soyuqda dayanandan sonra zala buraxılanlar öz kreslolarında mürgüləməyə də vaxt tapıblar. Bir qədər sonra qayda-qanunlara nəzarət edən şəxslər onları oyadıblar.

Türkmənistan parlamentinə yeni seçkilər ötən ilin sonlarında keçirilib. Bu dəfə əvvəlki seçkilərdən fərqli olaraq iki partiyanın – Sənayeçilər və İş adamları partiyalarından olan nümayəndələr namizədliklərini irəli sürüblər.


Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!