Modern.az

Ermənistanın qiyamçı keşişi İrana gedib

Ermənistanın qiyamçı keşişi İrana gedib

Dünya

18 Yanvar 2025, 18:02

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı qiyam qaldırmaqla tanınan keşiş Baqrat Qalstanyan İrana şəxsi səfər edib.

Modern.az xəbər verir ki, bu barədə “Sacred Struggle” Telegram kanalı məlumat yayıb.

“Fürsətdən istifadə edən Baqrat Qalstanyan Erməni Apostol Kilsəsinin Tehran Yeparxiyasının rəhbəri, arxiyepiskop Sebuh Sarkisyanla görüşüb. Bu axşam isə Baqrat Srbazan İranın erməni icmasının nümayəndələri ilə görüşəcək”, - məlumatda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi