“Qurultayın təşkilati işləri ilə məşğul oluruq. Gözlənti bekar adamların işidir”. Bunu Modern.az-a açıqlamasında Yazıçılar Birliyinin baş katibi, xalq şairi Fikrət Qoca bildirib.
Qeyd edək ki, bu il martın sonu və aprelin əvvəlləri üçün nəzərdə tutulan qurultayın hansı dəyişiklərlə yadda qalacağı hamını maraqlandırır. Birliyin baş katibi Fikrət Qoca isə gərgin iş fəaliyyətində olduqlarını və qurultayla ilgili xeyli iş gördüklərini bildirib:
“Təşkilati işləri ilə məşğul oluruq. Dəvət edəcəyimiz qonaqları fikirləşirik, filiallarda seçkilər başlayır. Sonra nümayəndələri seçmək lazımdır“.
Elmin Nuri