Modern.az

Azərbaycan deputatları narazı qaldıqları AvroNest-in iclasına gedirlər

Azərbaycan deputatları narazı qaldıqları AvroNest-in iclasına gedirlər

Təhsil

14 Yanvar 2014, 16:36

Yanvarın 22-də Brüsseldə AvroNest-in iqtisadiyyat komissiyasının iclası keçiriləcək. Modern.az saytı xəbər verir ki, həmin iclasda Azərbaycan Milli Məclisinin deputatları da iştirak edəcəklər.
Xatırladaq ki, ötən il oktyabrın 9-da keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı Avropa Parlamentinin qətnaməsi AvroNest-lə Azərbaycanın bu qurumdakı nümayəndə heyəti arasında müəyyən narazılıq yaranmışdı. AvroNest-dəki nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov hətta Azərbaycanın bu qurumdan çıxacağını istisna etmirdi. Lakin YAP-çı deputat Mübariz Qurbanlı Avropa Parlamentinin qətnaməsindən təşviş keçirməyə ehtiyac olmadığını bildirmişdi. O qeyd edirdi ki, AvroNest-lə bağlı bəzi çağırışlar yerində deyil, bu, parlamentin səlahiyyətindədir.

Spiker Oqtay Əsədov  isə qeyd etmişdi ki, Azərbaycan AvroNest PA-nın yaradılmasında əsas təşəbbüskarlardan biri olub. “Ancaq bu günə qədər Avropa Parlamentinin AvroNest-lə bağlı hər hansı çağırışı olmayıb. Deməli, AvroNest öz vəzifəsini yerinə yetirməyib. Amma Azərbaycan AvroNest PA-ya Azərbaycan parlamentinin qərarı ilə girib və orda qalıb-qalmamaq da parlamentin qərarı ilə ola bilər”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!