Modern.az

Fazil Mustafa: “Elçibəyin fikirləri əsasında ittihamlar doğru deyil”

Fazil Mustafa: “Elçibəyin fikirləri əsasında ittihamlar doğru deyil”

Təhsil

14 Yanvar 2014, 16:47

Fazil Mustafa QMI-nin bayram namaz? q?rar?na qars? c?xd?

“Siyasətdə Elçibəyin kiminsə haqqında nə deməsi ilə bağlı ittihamların qurulmasını doğru hesab etmirəm. Bugünkü problemlərə, gələcəyə baxış ilə bağlı məsələlərin müzakirə olunması daha yerində olardı”.

Bunu Modern.az-a Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa AXCP-Müsavat “dava”sında mərhum prezident Əbülfəz Elçibəyin adının hallandırılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Elçibəyin insanlar haqqında fikirləri problem sayılmamalıdır: “Həmin fikirlərin yaranan situasiya ilə bağlı olduğunu həmişə unutmamalıyıq. Ona görə də o fikirlər əsasında ittihamların qurulması doğru deyil”.

F.Mustafa AXCP və Müsavat Partiyası arasında baş verənlərlə bağlı geniş şərh verməyə ehtiyac olmadığını deyib:
“Vaxtilə bütün məsələlərə aydınlıq gətirmişəm. İndi ayrı-ayrı qüvvələri təmsil edən insanların davası konteksində məsələyə münasibət bildirilməsini etik hesab etmirəm. Sadəcə, mənə qarşı olan “Azadlıq” qəzetindəki məsələyə münasibət bildirdim. Orada AXCP mətbuat xidmətinin səviyyəsiz açıqlaması var idi. İki partiya arasında baş verən münaqişəyə qarışmaq istəmirəm. Yəqin ki, öz problemlərini özləri müzakirə edib, həll edərlər”.

İlkin

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!