Modern.az

Arzu Abdullayeva: “Milli Şura fəaliyyətini dayandıra bilər”

Arzu Abdullayeva: “Milli Şura fəaliyyətini dayandıra bilər”

Təhsil

14 Yanvar 2014, 16:49


“Milli Şuranın yaradılması vacib idi. Cəmiyyətin belə bir qurumun yaradılmasına ehtiyacı vardı. Rüstəm İbrahimbəyovun da proseslərə qoşulması cəmiyyətdə müsbət rəylər yaratdı. Xalqın İbrahimbəyovdan gözləntiləri çox idi. Seçkiyə yaxın onun vətəndaşlıq məsələsində problem yarandı. Milli Şura üzvləri onun Bakıya gəlməsini istəmirdilər. Çünki biz onun təhlükəsizliyini təmin edə bilməzdik. Biz deyə bilməzdik, Rüstəm bəy bura gələndə həbs edəcəklər, ya yox. Daha sonra vəziyyət çıxış üçün Cəmil Həsənlinin namizədliyi irəli sürüldü. Bu, çox yaxşı hadisə idi. Təəssüflər olsun ki, seçki vaxtı toparlana bilmədik. Buna səbəb daxildəki savaşlar və iqtidar tərəfindən təzyiqlər idi”.

Bunu Modern.az-a Beynəlxalq Helsinki Vətəndaş Assambleysının həmsədri, Milli Şuranın üzvü Arzu Abdullayeva deyib. O bildirib ki, proseslər Milli Şuranın da transformasiya olunacağını göstərir: “Daxildə islahatlar olarsa, Milli Şura qala da bilər. Bu, mümkün olmayacaqsa, fəaliyyətinə son veriləcək. Siyasi qüvvələr, ziyalılar, vətəndaş cəmiyyətinin nümayəndələri ədalətli cəmiyyətin qurulması uğrunda birləşməlidirlər. Biz bu məsələdə iqtidarla dialoqa getməyə də hazırıq. Əgər iqtidar düzgün addımlar atacaqsa, bu, baş tuta bilər”.

A.Abdullayeva Milli Şuradakı istefalara da münasibət bildirib: “Onların istefa verməsi məntiqlə baxanda doğrudur. Bu, həm də hər bir insanın hüququdur. Onlar çıxıblarsa, yəqin ki, nəyəsə istinad ediblər. Milli Şurada yenə problemlər yaşanır”.

Milli Şuranın üzvü qurumun növbəti sessiyasına qatılmayacağını bildirib: “Həmin gün bizim təşkilatımızın forumu keçiriləcək. Mən də təşkilatçılardan biriyəm. Ona görə də növbəti sessiyaya qatıla bilməyəcəm”.

İlkin

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!