Modern.az

Keçmiş sədr: “Çalışacam, DADP-ni birləşdirim”

Keçmiş sədr: “Çalışacam, DADP-ni birləşdirim”

16 Yanvar 2014, 10:11


“Hazırda yaradıcılıq işləri ilə məşğulam. Ona görə də siyasətlə maraqlanmıram”. Bu barədə Modern.az-a Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sabiq sədri Məmməd Əlizadə deyib. O bildirib ki, növbəti seçkilərdə iştirak etməklə bağlı qərar verməyib.

M.Əlizadə DADP-də baş verənlərə qarışmadığını qeyd edib: “Ümumiyyətlə, siyasətlə məşğul olmuram. Partiyadan bir ildən artıqdır uzaqlaşmışam. Bilirsiniz ki, DADP iki yerə parçalanıb. Bir qrup kənara çəkilib. Hər ikisi də fəaliyyət göstərir. Əlisahib Hüseynovun rəhbərlik etdiyi qanad məni fəxri sədr seçib. Vaxtım olmadığına görə partiyaya getmirəm. Əslində, partiya bölünməməli idi. 20 il sədr olduğum müddətdə belə hal baş verməmişdi. Partiyadan uzaqlaşandan sonra orada qarşıdurmalar başlandı. Ona görə də partiya bölündü. İstəmədim, müdaxilə edəm. Müdaxilə etsəydim, deyəcəkdilər ki, bəyanat verib gedib, indi də partiyanın işinə qarışır. Çalışacam, partiyayanın ağsaqqallarını bir yerə toplayıb, birləşməklə bağlı ortaq məxrəcə gələk”.

İlkin

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!