Modern.az

“Bakıda təcili yardıma ən çox qan təzyiqindən əziyyət çəkənlər müraciət edir”

“Bakıda təcili yardıma ən çox qan təzyiqindən əziyyət çəkənlər müraciət edir”

16 Yanvar 2014, 13:29


Yanvar ayının 13-də Gəncədə 9 nəfər havanın kəskin dəyişməsi ilə bağlı vəfat edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu ötən günlərdə Bakının da daxil olduğu

Abşeron yarımadasında da mülayim xəzri küləyinin gilavar küləyi ilə əvəz olunmasının  meteohəssas insanlarda diskomfort  hissi yarada biləcəyi haqda xəbərdarlıq edib. Görəsən, bu cür hava şəraitində paytaxt sakinləri arasında havanın kəskin dəyişməsi səbəbindən ciddi problemlərlə üzləşənlər olubmu? 

Paytaxtdakı vəziyyətlə bağlı Təcili və Tibbi Təxirəsalınmaz Yardım Stansiyasına  (TTTYS) müraciət edənlərin olub-olmadığını öyrənmək üçün Modern.az  stansiyanın operativ şöbəsinin böyük həkimi Zemfira Vahidova ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, son günlər diskomfort hava şəraiti ilə bağlı təcili yardıma elə oxşar müraciət daxil olmayıb: “Müraciətlərin sayında artım və azalma yoxdur. Xroniki xəstəliklərlə bağlı əziyyət çəkənlər, qan təzyiqi ilə bağlı gündəlik müraciətlər olur. Gündə stansiyaya 20-30 müraciət daxil olur. Maqnit qasırğası ilə bağlı müraciətlərdə artım isə yoxdur”.    

Gülşən Raufqızı
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!