Modern.az saytı Milli Elmlər Akademiyasının Fiziologiya İnsitutunun işdən azad olunmuş sabiq direktoru Telman Ağayevlə əlaqə saxlayaraq, vəzifədən getməsinin səbəblərilə maraqlanıb.
“Bu sizin nəyinizə lazımdır. Başa düşmürəm, bunu niyə soruşursunuz ki?”-deyə sabiq direktor qəzəbli şəkildə cavab verib.
Qeyd edək ki, ötən gün Azərbaycan Milli Elmlər Akademiyası A.İ.Qarayev adına Fiziologiya İnstitutunun rəhbərliyində dəyişiklik edilib. AMEA Rəyasət Heyətinin iclasında verilən qərara əsasən, AMEA-nın müxbir üzvü Telman Ağayev institutun direktoru vəzifəsindən azad olunub. Fevralın 1-dən etibarən bu vəzifənin icrası institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Afiq Qaziyevə həvalə ediləcək.
Vəzifəsindən uzaqlaşdırılan direktor Modern.az-a verdiyi qısa açıqlamada bunu sırf səhhəti üzündən baş verdiyini deyib: “Xəstə idim. Ona görə də işdən azad olunmaq üçün ərizə verdim. Mən başa düşmürəm, bu sizi niyə maraqlandırır. Nəyiniziə lazımdır?”.
Elmin Nuri