“Müsavatın ata biləcəyi bütün addımlar atılıb. Yəni qurultay nümayəndələri seçilib, təşkilatlar konfranslarını keçiriblər. Yer ayrılması üçün müraciət olunub. Müsavata yer verilməməsi hakimiyyətin siyasi qərarıdır, qəsdi-qərəzdir”.
Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib. Onun sözlərinə görə, hakimiyyət qanunları pozaraq mövqeyindən əl çəkməsə, alternativ variantlar haqqında düşünüləcək:
“Artıq qurultayın keçirilməsi ilə bağlı addımlar atılır. Bilirsiz ki, vaxtilə təklif var idi ki, qurultay Gürcüstanda keçirilsin. Partiya nizamnaməsinə uyğun hərəkət edəcəyik. Sadəcə, düşünürük, hakimiyyət mövqeyindən əl çəkəcək”.