Modern.az

Füzulidə “Qanlı yanvar” tədbiri - FOTOLAR

Füzulidə “Qanlı yanvar” tədbiri - FOTOLAR

16 Yanvar 2014, 14:36
20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə Füzuli rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər keçirilir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı” imzaladığı sərəncama uyğun olaraq bu gün Horadiz şəhərində Füzuli Dram Teatrında “Qanlı yanvar” adlı ədəbi-bədii kompozisiya təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ərazidəki icra nümayəndələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə teatrın foyesində 20 Yanvar faciəsinə həsr  olunmuş kitablarla, rəsm və foto sərgisi ilə tanış olublar. Mərasim 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra Füzuli Dram Teatrının kollektivi tərəfindən hazırlanan “Qanlı yanvar” adlı ədəbi-bədii kompozisiya göstərlmişdir. Teatrın aktyorları öz çıxışları ilə tədbir iştirakçılarının təsəvvüründə qanlı gecənin dəhşətini bir daha canlandırıblar. Kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı hazırlanmış Tədbirlər Planına müvafiq olaraq rayonun bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı tədbirlər keçirilir, ərazilərdə abadlıq və təmizlik işləri görülür.






Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!