Modern.az

Psixoloq əsgər ölümləri barədə: “Bizdə əsgərliyə hazırlıq sıfır səviyyəsindədir”

Psixoloq əsgər ölümləri barədə: “Bizdə əsgərliyə hazırlıq sıfır səviyyəsindədir”

16 Yanvar 2014, 15:32

“Söhbət adaptasiya olub-olmamaqdan getmir. Söhbət ondan gedir ki, insan birdən-birə həyat tərzini dəyişir və çətin vəziyyətə düşür. Fiziki, psixoloji gərginlik və s. keçirdir. Çox vacibdir ki, uşaqlar, gənclər ağır vəziyyətə düşəndə onlarla məşğul olsunlar. Onlara diqqət daha çox ayrılsın, onları hazırlasınlar”.

Bunu Modern.az saytına açıqlamasında hərbi ekspert, psixoloq Azad İsazədə deyib. Qeyd edək ki, yanvarın 15-də Gəncədəki hərbi hissələrdən birində yenicə hərbi xidmətə çağırılan iki əsgər psixoloji problemlər səbəbindən intihara cəhd ediblər. Təəssüf ki, bu orduda birinci hadisə deyil. Bundan əvvəl də cəbhə bölgəsində, eləcə də digər hərbi hissələrdə əsgərlər arasında intiharlar qeydə alınıb.

A.İsazadənin sözlərinə görə, əsgərlikdən əvvəlki hazırlığın da əhəmiyyəti var: “Sözsüz ki, hazırlıq əsgərlikdən əvvəl də başlamalıdır. Bizdə o sıfır dərəcəsindədir. Əsgərlik çəkmiş gənclər qayıdırlar, cürbəcür vəziyyətləri, əhvalatları danışırlar. Yeniyetmələr bunları eşidir və sözsüz ki, hansısa qorxu, gərginliklə əsgərliyə gedirlər. Heç kim əsgərlik haqqında müsbət fikir söyləmir. Bununla cəmiyyətdə məşğul olmaq, gəncləri hazırlamaq lazımdır. Amma ilk növbədə, sözsüz ki, zabitlər təzə gəlmiş əsgərlərə daha çox diqqət yetirməlidir”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!