Modern.az

Ali məktəblərin “Qaynar xətt” telefonları açıqlanıb

Ali məktəblərin “Qaynar xətt” telefonları açıqlanıb

18 Yanvar 2014, 11:37


Azərbaycanda ali təhsil müəssisələrində “Qaynar xətt” xidmətlərinin nömrələri açıqlanıb. Modern.az saytı Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tədris ilinin qış imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etmək, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmaq, qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin "Qaynar xətt"inə operativ məlumat vermək, imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etmək barədə tapşırıqlar verilib.

Ali təhsil müəssisələrində sessiya müddətində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatların operativ araşdırılması və onların yol verilməsində məsuliyyət daşıyan şəxslər barədə tədbir görmək məqsədilə imtahan qərargahları və "Qaynar xətt" xidmətləri yaradılıb. İmtahan qərargahları "Qaynar xətt"lərə daxil olan zəngləri qeydiyyata alaraq tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, imtahanların gedişi ilə bağlı ərizə, şikayət və təklifləri operativ araşdıraraq yol verilən nöqsanların vaxtında aradan qaldırılması məqsədilə fəaliyyət göstərir.

Ali təhsil müəssisələrinin "Qaynar xətt" nömrələri:

Bakı Dövlət Universitet: (012) 538-06-78

Azərbaycan Dövlət Neft Akademiyası: (012) 437-43-51

Azərbaycan Dövlət İqtisad Universiteti: (012) 437-10-84

Azərbaycan Dövlət Pedaqoji Universiteti: (012) 498-17-94, 408-30-29

Azərbaycan Dillər Universiteti: (012) 440-35-05, 440-35-02

Bakı Slavyan Universiteti: (012) 449-36-52

Azərbaycan Memarlıq və İnşaat Universiteti: (012) 539-42-38

Azərbaycan Texniki Universiteti: (012) 539-90-70, 539-13-78

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti: (012) 538-76-06

Azərbaycan Milli Konservatoriyası: (055) 780-09-33, (050) 268-34-38

Azərbaycan Müəllimlər İnstitutu: (012) 465-29-75

Sumqayıt Dövlət Universiteti: (018) 644-89-05

Gəncə Dövlət Universiteti: (0222) 56-19-62

Naxçıvan Dövlət Universiteti: (036) 545-39-29

Azərbaycan Dövlət Aqrar Universiteti: (0222) 56-89-57, 56-00-56

Azərbaycan Texnologiya Universiteti: (0222) 57-08-83

Lənkəran Dövlət Universiteti: (02525) 5-25-88

Mingəçevir Politexnik İnstitutu: (02427) 5-32-72, 4-14-33

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi