st1:*{behavior:url(#ieooui) }
Franklin Delano Ruzvelt (Franklin Delano Roosevelt) Amerikanın yeganə prezidentidir ki, dörd dəfə dalbadal Birləşmiş Ştatların dövlət başçısı postuna seçilib. Modern.az Ruzveltin prezident kimi Amerika tarixində roluna, həm də bir insan kimi özəl həyatının maraqlı səhifələrinə ekskurs edir. Ruzvelt hakimiyyətə gələndə Amerika tənəzzül həddində idi. Ruzvelt öləndə isə Amerka dünyanın superdövləti idi. Prezident aşlagəlməz populyarlıq qazanmışdı.
1940-cı ildə Ruzvelt Kubadan 12 yaşlı oğlandan bir məktub alır. Məktubda yazılırdı: “Mənim əziz dostum Ruzvelt! Mənə 10 dollarlıq yaşıl Amerika dolları göndərin, çünki istəyirəm ki, mənim belə bir pulum olsun!”. Bu oğlanın adı Fidel Kastro idi.
Ruzvelt 1882-ci ildə anadan olub. 14 yaşa qədər evdə təhsil alıb, daha sona təhsilini Harvardda davam etdirib. O, karyerasına vəkil kimi başlayıb. Xanımı Anna Eleonara ilə, özünün beşinci nəsildən olan yaxın qohumu ilə evlənib. Ruzvelt və Eleonara “qızıl cütlüyü”nün nadir hallarda rast gəlinən çox yaraşıqsız qızları doğulub. Lakin Franklin şikəst qızıinı dəlicəsinə sevirdi.
Eleonara prezident əri ilə intim yaxınlığa heç bir arzusu olmadığını təkrar edirdi və birgə ailə həyatı onun üçün əzablı idi. Eleonara sonralar avtobioqrafiyasında bu barədə yazırdı.
Onların bir qızı və 5 oğlu doğulub.
Ruzvelt gəncliyindən dənizi sevirdi. 1921-ci ildə dənizdə çiməndən sonra o poliomielitə tutulur. Və o vaxtdan da əlil arabasına bağlanır. 11 ildən sonra seçkilərdə fəaliyyətdə olan və depressiyalardan qurtula bilməyən prezident Quvertə qalib gəlir.
Ruzvelt ölkənin yeni inkişaf kursunu müəyyən edir: “Bir qədər hamilə olmaq qədər kiçik inflyasiyasız mümkün deyil”.
Onun haqqında yazırdılar: “Ruzveltin bəşəriyyət qarşısnda ən böyük xidməti ondadır ki, o göstərdi: uğurlu prezident olmaqla yanaşı, həm də insan kimi qalmaq olar. Bu o zaman idi ki, dünyanı əclaflar və diktatorlar idarə edirdi”.
Dövlət xadimlərinin həyatlarında qadınlar çox zaman xüsusi rol oynayırlar. Ağ evin özünəməxsus “seksdroma”a çevirilməsi tarixi Amerikanın ilk prezidentlərinin hakimiyyət illərinə uzanır. Franklin Ruzvelt də bu mənada öz iqamətgahıından sevgi macəraları üçün istifadə edib. Azad sürətdə hərəkət etmək qabiliyyətini itirən Ruzvelt vəziyyətdən çıxmaq üçün öz katibələrindən – Lüsi Merser və Alisa Lexandın yardımından istifad edib. Adı çəkilənlərdən əlavə Ruzveltin sevgi siyahısında Norveç şahzadəsi Marta və iri nəşriyyat evinin direktoru Doroti Şiff də vardı.
Lüsi Merseri öz prezident əri üçün Eleonara özü 1913-cü ildə tutmuşdu. 1918-ci ildə Avropadan yenicə qayıdan Eleonara ərinin əşyalarını yerbəyer edən zaman Lüsinin Franrklinə ünvanlanmış və qırmızı lentlə bağlanmış sevgi məktubunu tapır.
Lüsiyə qədər də Franklin öz qadınına sədaqəti ilə o qədər də seçilməyib. Hələ Franklinlə nişanlanan zaman Eleonara göz yaşlarını saxlaya tuta bilməyərək “mən heç vaxt onu saxlaya bilməyəcəm, o sox cəlbedicidir” deyirdi. Ruzvelt o zaman hərbi dəniz qüvvələri nazirinin müavini idi və vaxtının çoxunu Vaşinqtonda keçirirdi. Eleonara isə paytaxda tənha qalırdı. Onun qulaqlarına isə ərinin “donjuanlığı” barədə çoxsaylı söz-söhbətlər gəlirdi. Lakin tapdığı sevgi məktubu onun gözüni açdı. Bu roman onların ailə həyatında dərin iz buraxdı, əvvəlki isti münasibətlər və etimad bir daha qayıtmadı. Ailəni yalnız uşaqlar naminə dağılmaqdan saxladılar, həm də uşaqlar atalarının tərəfini tuturdular. Onların intim münasibətlərinə birdəfəlik son qoyuldu.
Birinci ledi də prezident qarşısında borclu qalmayıb. O da öz katibəsi ilə (katibi ilə yox) yaxınlıq etməyə başlayıb. Tezliklə Eleonara jurnalist Loren Xikok ilə tanış olur. Eleonara Xikoka o qədər bağlaınr ki, onu hətta Ağ evə öz yataq otağına dəvət edir. O jurnalisti əzizləyərək Xiki adlandırırdı. Jurnalist Eleonarının gözünü açaraq onda prezidentin kölgəsində qalmamaq inamı yarada bilib. Onlar birlikdə çoxlu səyahət ediblər və mühafizədən istifadə etməyiblər. Xiki Amerkanın birinci xanımından çoxsaylı hədiyyələr alırdı, onların arasında hətta avtomobil belə vardı.
Franklin baş verənlərdən şübhələnirdi. O, bir dəfə hətta jurnalisti Ağ evdən kənarlaşdırmağı əmr edib, lakin Eleonara prezidentin qərarına qəti etirazını bildirib.
Eleonaranın jurnalistlə lesbian münasibəti uzun çəkib. Birinci ledi bu müddət ərzində Xikiyə 2 mindən artıq məktub yazıb. “Yalnız indi mən bildim ki, sevilmək və sevmək nə deməkdir”. Prezidentin ölümündən sonra onların əlaqələri zəifləyib və bir ildən sonra kəsilib.
Ruzveltin öz katibəsi Lüsi Merser ilə romanı gizlin olaraq 30 il davam edib. Baxmayaraq ki, Lüsi 1920-ci ildə qoca milyarder Rezerforda ərə gedib. Həyatının sonuncu günü Franklin Lüsi üçün şəkil çəkdirib. Lüsi Franklinin yanında olub. Franklin sevgilisinə “bizim cəmi 4 saatımız qalıb!” deyib və gözlərini yumub.
“Mən özümdən çox Amerikaya başsağlığı verirəm”deyə Eleonara sonralar deyirdi. O, Franklinin xəyanatini bağışlamadı.
Modern.az