Modern.az

300 bal toplayan şagird hansı sahə üzrə təhsil alacağını söylədi

300 bal toplayan şagird hansı sahə üzrə təhsil alacağını söylədi

11 Aprel 2025, 15:26

“Maksimal nəticə əldə edəcəyimdən tam əmin olmasam da, bunu gözləyirdim”

Bunu Modern.az-a açıqlamasında martın 2-də keçirilən buraxılış imtahanlarında 300 bal toplayan Lənkəran rayonu Boladi kənd 1 saylı orta məktəbi şagirdi Həlimə İbadzadə deyib.

O bildirib ki, gündəlik dərs oxuyur, testlər işləməyə üstünlük verir:

“Dərs oxumağı bir vərdiş halına gətirmişdim. Təhsilimə informasiya təhlükəsizliyi sahəsi üzrə davam etmək istəyirəm”.

“Abituriyentlərə demək istəyirəm ki, özünüzə inanın, heç vaxt mübarizə aparmağı dayandırmayın, hər şey öz gələcəyiniz üçündür”, - H.İbadzadə əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI