Modern.az

Qabonda prezident seçkiləri

Qabonda prezident seçkiləri

Dünya

13 Aprel 2025, 10:02

Qabonda prezident seçkiləri üçün səsvermə başa çatıb. Ölkədə səkkiz namizəd üçün təqdim edilmiş bülletenlərin sayılmasına başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

 

Konstitusiya idarəçiliyinə qayıdış prosesini başa çatdırmaq məqsədi daşıyan seçkilər ümumilikdə sakit şəraitdə keçib. Müşahidəçilər 2,4 milyon Qabon vətəndaşından 924 min nəfərinin gəlmək hüququna malik olduğu seçki məntəqələrində (87,21 %) yüksək fəallıq qeydə alıblar.

 

Əksər analitiklər seçkilər ərəfəsində olduğu kimi, keçid dövrünün dövlət başçısı Bris Oliqi Nqemanı favorit hesab edirlər. Onun əsas rəqibi, keçmiş Baş nazir Alen-Klod Bili-Bi-Nze, ümumiyyətlə, səsvermə prosesindən razı qaldığını bildirsə də, seçici vəsiqələrinin mümkün manipulyasiyasını qeyd edib.

 

Vətəndaş cəmiyyəti müşahidəçiləri bir çox hallarda seçki məntəqələrinə girişin qadağan edildiyini qeydə alıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi