Modern.az

"Formula 1" yarışları "Sea Breeze"də keçirilə bilər

"Formula 1" yarışları "Sea Breeze"də keçirilə bilər

İdman

16 May 2025, 11:52

"Formula 1"in Azərbaycan mərhələsi "Sea Breeze" kurortunun bir hissəsi kimi yaradılacaq od formasında olan süni adaya köçürülə bilər. 

Modern.az xəbər verir ki, bunu azərbaycanlı iş adamı Emin Ağalarov "Rusiya - İslam Dünyası: Kazanforum 2025" Beynəlxalq İqtisadi Forumunda deyib.

O qeyd edib ki, od şəklində olan ada layihə çərçivəsində yaradılacaq ikinci süni ada olacaq.

Onlardan birincisi, aypara şəklindədir və artıq iş gedir.

Emin Ağalarovun sözlərinə görə, marşrut xəttinin dəyişdirilməsi Bakıda tıxac və yolların bağlanması problemini həll edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?