Modern.az

İşdən çıxarılan məktəb direktoru KİMDİR...

İşdən çıxarılan məktəb direktoru KİMDİR...

Təhsil

20 May 2025, 11:00

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Firəngiz Həmidova işdən çıxarılıb.

Direktorun fəaliyyətində ciddi nöqsanlar aşkar olunub və onunla bağlanmış əmək müqaviləsi 19 may 2025-ci il tarixdən ləğv edilib. 

Modern.az-ın məlumatına görə, 1956-cı il təvəllüdlü Firəngiz Həmidova M.F.Axundov adına İnstitutun (indiki Bakı Slavyan Universiteti) rus dili və ədəbiyyat ixtisasını bititirb.

 

12–22 oktyabr tarixində Rus dili və ədəbiyyat fənn kurikulumunun tətbiqi ilə əlaqədar Bakı şəhərində keçirilmiş “ Öyrədənlərin öyrədəni” kursunu müvəfəqiyyətlə bitirərək təlimçi statusu alıb.

25 dekabr 2000-ci il tarixində 42 nömrəli məktəbə direktor vəzifəsinə təyin edilib. 2010–cu ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI