Erməni separatçıların sonuncu lideri Samvel Şahramanyan bu gün Ermənistan İstintaq Komitəsi tərəfindən yenidən dindirilib.
Modern.az xəbər verir ki, bu barədə onun vəkili Roman Yeritsyan bildirib.
Ermənistan KİV-in məlumatına görə, Şahramanyan şahid qismində dindirilib, hüquq-mühafizə orqanları təfərrüatları açıqlamır.
Samvel Şahramanyının son həftələrdə 44 günlük müharibə ilə əlaqədar üç ayrı cinayət işi üzrə 5 dəfə dindirildiyi qeyd olunub.