Rəşad Məcid Azərbaycan ictimai fikrində həm ədəbiyyat adamı, həm də media rəhbəri kimi özünəməxsus yer tutur. O, klassik və müasir düşüncə arasında körpü salmağı bacaran, ictimai proseslərə həm qələm, həm də mövqe ilə təsir edən bir şəxsiyyətdir. Mətbuat Şurasının sədri kimi media etikasının qorunmasında, jurnalistikanın cəmiyyət qarşısındakı məsuliyyətini önə çəkməkdə prinsipial mövqe tutur.
Rəşad Məcidin fəaliyyətində mülayimliklə prinsipiallıq, intellektual təvazökarlıqla ictimai cəsarət maraqlı bir ahəng təşkil edir. O, konfliktlərə kəskinliklə yox, dialoqla yanaşmağı üstün tutur - bu da onu həm jurnalistlər, həm də yazarlar arasında etibarlı fiqura çevirib.
Eyni zamanda, o, yaradıcılıqla bağlı fəaliyyəti ilə də seçilir - poeziyaya və ədəbi prosesi izləməyə olan diqqəti onun təkcə menecer və təşkilatçı yox, həm də duyğusal və düşünən bir insan olduğunu göstərir. Onun publisistik yazıları da bir növ cəmiyyətin güzgüsünə çevrilir.
21 avqust tarixi Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Yazçıçılar birliyinin sədr müavini Rəşad Məcidin doğum günüdür.
Modern.az saytı 61 yaşını tamamlayan Rəşad Museyib oğlu Məcidi fotolarda təqdim edir.
1966-ci ildə Turşsu. Burda 2 yaşım var.
Turşsuda çəkilən bu şəkildə 4 yaşım var. Babam seyid Mirhacib ağa həm Ağcabədidə, həm də Qarabağda çox məşhur seyid olub. Onun ilk oğul nəvəsiydim deyə, məni çox sevirdi.
Burda mənim 11-12 yaşım var. Anam Yavər xanımla.
Ağdamda 1 nömrəli orta məktəbdə oxumuşam. Sinif yoldaşlarımla illərə dayanan dostluğumuz olub.
Mən, atam və qardaşım...
Burada 10-cu sinifdə oxuyuram. Bakıda fizika-riyaziyyat təmayüllü məktəbdə sinif yoldaşlarımla...
1986-ci il 15 iyununda ailə həyatı qurmuşam. O vaxt sinif yoldaşlarımı da toyuma dəvət etmişdim.
1998-ci ilin avqust ayında 23 gün Qulu Məhərrəmli ilə birlikdə ABŞ-ın müxtəlif yerlərində olduq.
2000-ci ildə ilk dəfə İrana getmişdik. Çox hay-küylü səfərimiz olmuşdu.
2004-cü ildə Yazıçılar Birliyinin katibi seçildim. Və o zaman Yazıçılar Birliyinin 11-ci qurultayına Orxan Pamuk da gəlmişdi.
2006-cı ildə Bakıdan ilk dəfə Quzey Kıbrısa birbaşa reyslə uçduq. Ora birbaşa uçuş olmadığına görə, bu, hay-küylü bir uçuş olmuşdu. Quzey Kıbrısın o vaxtki baş naziri Mehmet Əli Tələt də bizimlə idi.
2006-cı ilin yanvarında Qarsda. Əflatun Amaşov və konsulluğun əməkdaşları ilə...
Yazıçılar Birliyində tədbirdən sonra. Vaqif Səmədoğlunun ovqatının yaxşı vaxtı idi.
Ramiz Rövşən və Ramiz Əzizbəyli ilə bir yerdə.
Aqil Abbas mənim həyatımda çox böyük rolu olan bir insandı.
Kamal Abdullanın yarımçıq əlyazmaları ilk dəfə bizim qəzetdə çap olunmuşdu.
Türkiyədə tanınmış aktrisamız Məlahət Abbasova ilə.
Hidayət Orucovla bir yerdə. O vaxt Hidayət müəllim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri işləyirdi.
Böyük Qırğız yazıçısı Çingiz Aytmatov ömrünü sonlarına yaxın Bakıya gəlmişdi.
Afaq Məsudla Mədəniyyət və Turizm Nazirilyinin nəşrləri ilə bağlı keçirilən tədbirdə...
Ağcabədidəki həyətimiz. Mənim üçün ən əziz insanlar - atam və anam.