Bu gün sənin doğum günündür, əziz Modern.az.
17 yaşına qədəm qoyursan,
Vallah sənə 16 yaşı yaraşdırmaq olmur.
Bəzən əsrlərin yükünü çiyinlərində daşıyan qoca bir ağac kimi görünürsən,
bəzən sabahın ilk işığını gözündə gəzdirən körpə bir fidan kimi boylanırsan.
Sən həm minillərin yaddaşısan, həm də sabahın nəfəsisən.
Düz 16 ildir ki, hər günümü səninlə yaşayıram.
Ailədən, dostlardan, qohumlardan aralı düşüb sənləyəm.
Buna görə haqlı, haqsız küsənlər, inciyənlər olub.
Amma mən səni buraxmamışam.
Sən mənə ailə, qohum, dost olmusan.
Hər gün, hər saat, hər dəqiqə səninlə yol gəlmişəm.
Çətinliklər çox olub,
Səni sınamaq, səni əymək, səni yox etmək istəyiblər...
Amma sən hər çətinliyə duruş gətirə bilmisən.
Çünki səndə qərəz, səndə yalan, səndə saxtalıq, səndə jurnalistikaya xəyanət, səndə şəxsi yanaşma kimi bir addım olmayıb.
Gözün orda-burda deyil, özündə olub. Özün orda-burda deyil, sözündə olub.
Mən səni bir övlad kimi böyütdüm, Modern.az.
Dürüst olmağını istədim.
Səni zəhmətə alışdırdım.
Qapında heç vaxt nahaq sözə yer vermədim.
Çünki mən istəyirdim ki, sən bu millətə, bu xalqa xidmət edəsən, sifarişdən kənar, özəl bir media qurumu olasan.
Bacardıq...
Çox sorğuya çəkildin,
“Kiminsən? Kimə xidmət edirsən?”,- deyə.
Sənin cavabın əməlin oldu, işin oldu...
Sən əməlinlə, işinlə kimin olduğunu göstərdin.
Göstərdin ki, dövlətinin, xalqının xidmətçisisən.
Bu, sənin şərəf nişanın, taleyindir...
Əziz Modern.az,
Sənin qapından keçənlərin çoxu indi Azərbaycanın bütün media qurumlarındadır.
Onlar bəlkə etiraf edirlər, bəlkə etmirlər, amma dəqiq bilirlər ki, yaxşılığı, əxlaqı, peşəkarlığı səndə öyrəniblər.
Çünki sən həm də bir məktəbsən, xəbərin, sözün, əxlaqın məktəbisən, mənəvi dəyərlərin məktəbisən...
16 il ərzində sən çox dəyişdin.
Bəzən gənc, bəzən qoca, bəzən isə sabahın özüsən kimi göründün.
Amma bir şey dəyişmədi,
Sənin şərəfli yolun, sənin dürüstlüyün, sənin xalqına sədaqətin.
Bu gün sən Modern Azərbaycanın media üzüsən.
Bunu qəbul edən də olacaq, etməyən də,
Bunu sənlə mən bilirik. Bu, bizdə qalsın...
Əziz Modern.az!
16 yaşın mübarək olsun!
Sənlə 16 ildir şərəfli bir yol gedirik.
Bu yol Sözə xidmət, Dövlətə sədaqət, Xalqa sevgi yoludur.
Sözdə deyil, özdə VƏTƏN yoludur.
Yolun uzun olsun, Modern.az,
Yolun açıq olsun, Modern.az....