Modern.az

Biləsuvarda pambıq zavodu, Ağcabədidə ferma yanıb

Biləsuvarda pambıq zavodu, Ağcabədidə ferma yanıb

20 Mart 2014, 00:24

Modern.az saytı Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Biləsuvar rayonu, Səmədabad kəndində pambıq  zavodunun ərazisində 70 kv.m sahəyə yığılmış 55 ton pambıq kiplərinin 0.4 tonu yanmışdır. Pambıq kiplərinin  qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 75 kv.m sahədə və  içərisinə yığılmış 8 ton ot bağlamasının  6 tonu yanmışdır. Yanğın zamanı fermanın içərisində olan  1 baş iribuynuzlu heyvan  tüstüdən bogularaq tələf olunmuşdur. Fermanın  və ot bağlamasının  qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI