Modern.az

Ekoloq: “Biçildikdən sonra çürüyən qazon insan səhhəti üçün təhlükəlidir”

Ekoloq: “Biçildikdən sonra çürüyən qazon insan səhhəti üçün təhlükəlidir”

22 Aprel 2014, 12:08

“Qazon yaşıllığın bir növüdür. Ətraf mühitin təmiz saxlanılmasında mühüm rol oynayır. Biçib kənara qoyanda əlbəttə, çürümə gedir və ətrafa pis qoxu yayılır”.
Bunu Modern.az-a Milli Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib.  Ekoloqun sözlərinə görə, hətta üfunət o dərəcədə olur ki, ətrafda dayanmaq belə mümkün olmur:

“Biçilən qazondan mal-qara, quşlar üçün yem kimi istifadə ediləməsi daha məqsədəuyğundur. Qazon xüsusi toxumların əkilməsi hesabına yetişdirilir. Heyvanların qidalanması üçün heç bir problem yoxdur. Lakin ona vaxtında qulluq olunması, biçilmiş hissəsindən lazımi dərəcədə istifadə edilməsi daha məqsədəuyğundur. Biçilən qazon günəş, su altında çürüdüyü zaman ondan metan qazı ayrılır. Metan ağır qazdır, həm insanların səhhətinə, həm də ətraf mühitə mənfi təsir göstərir”. 



G ülşən Raufqızı  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI