Modern.az

Nazirliyə 280 şikayət daxil olub

Nazirliyə 280 şikayət daxil olub

11 İyun 2010, 10:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”i vasitəsilə Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində baş verən ekoloji fəlakətlər, ətraf mühitin mühafizəsi ilə əlaqədar hüquq pozuntuları və digər narahatedici hallar barədə məlumatlar qəbul edilir. Nazirliyin 24 saat fəaliyyət göstərən “qaynar xətt”inə (439-18-63, 438-13-35) 2010-cu ilin 5 ayı ərzində ümumilikdə 280 sayda müraciət daxil olub.
Modern.az
nazirliyə istinadla xəbər verir ki, daxil olan müraciətlər aşağıdakı məsələlərlə bağlıdır:

• Ağacların aşma təhlükəsinin olması barədə - 184 şikayət

Ağacların aşma təhlükəsinin olması ilə bağlı daxil olan şikayətlərdən 181-nə baxılıb: onlardan 23 şikayətin əsassız olduğu müəyyən edilmiş, 38 şikayət üzrə yerində baxış keçirilərək ağacların aşdığı və aidiyyəti təşkilatlar tərəfindən doğranaraq daşındığı müəyyən olunub. 3 şikayət araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib. 117 şikayətə vətəndaşlarla birlikdə yerində baxış keçirilərək Dövlət Ekspertiza İdarəsi tərəfindən qanunamüvafiq qaydada rəy verilib. 3 şikayətə baxılması isə hazırda icradadır.

• Ağacların kəsilməsi ilə bağlı - 40 şikayət

Daxil olmuş şikayətlər Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb, aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar müvafiq sənədləşmə işləri aparılıb, inzibati hüquq pozuntuları ilə əlaqədar hüquq mühafizə və məhkəmə orqanlarına müraciətlər edilib. Pozuntuların qarşısını almaq məqsədilə Bakı şəhər və rayon icra hakimiyyətlərinə telefonoqramlar göndərilib.

• Tullantıların qalaqlanması və yandırılması ilə əlaqədar - 18 şikayət

Şikayətlər Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən qanunamüvafiq qaydada araşdırılıb və şikayətçilərə cavab məktubu göndərilib.

• Radiasiya ilə əlaqədar - 1 şikayət

“Azercell” şirkətinin quraşdırdığı stansiyanın təsiri ilə əlaqədar daxil olmuş şikayət araşdırılıb. Araşdırma zamanı stansiya barədə sənədlərin və gigiyenik sertifikatın olması məlum olub.

• Yerin təki ilə bağlı -1 şikayət

Daxil olmuş şikayət Nazirliyin aidiyyəti qurumunun əməkdaşları tərəfindən qanunamüvafiq qaydada araşdırılmış və şikayətçiyə cavab məktubu göndərilmişdir.


• Çirkab suların axıdılması ilə bağlı - 4 şikayət
Şikayətlər Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən qanunamüvafiq qaydada araşdırılaraq tədbir görülüb və şikayətçilərə bu barədə cavab məktubu göndərilib.

• Torpaq sürüşməsi ilə bağlı - 13 şikayət

Daxil olmuş 13 şikayətdən 10-u ilə bağlı həmin ərazilərdə Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən mühəndis geoloji tədqiqatlar aparılmış və aidiyyəti orqanlara məlumat verilib. Qalan 3 müraciətlə bağlı isə tədqiqatlar aparılır.

• Atmosfer havasının çirklənməsi ilə bağlı - 12 şikayət

Şikayətlər Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları tərəfindən araşdırılıb və şikayətçilərə cavab məktubu göndərilib.

• Səs-küyün neqativ təsirinə dair - 7 şikayət

Daxil olmuş şikayətlər Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən araşdırılıb və müvafiq tədbir görülərək şikayətçilərə cavab məktubu göndərilib.

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI