Modern.az

Xəzər Dəniz Gəmiçiliyi Aydın Bəşirovun komandasından “təmizlənib" - yeni rəhbərlik - FOTOLAR

Xəzər Dəniz Gəmiçiliyi Aydın Bəşirovun komandasından “təmizlənib" - yeni rəhbərlik - FOTOLAR

14 İyul 2014, 12:09

Nazirlər Kabineti bu ilin əvvəlində yeni yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturunu təsdiqləyəndən sonra qurumun strukturu ilə bərabər, işçi tərkibində də müəyyən dəyişliklər edildi.

Modern.az saytı xəbər verir ki, bir müddət öncə struktur dəyişikliyinə uyğun olaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni sədr müavinləri də təyin olunub.

Bir sözlə, Xəzər Dəniz Gəmiçiliyi keçmiş rəis Aydın Bəşirovun komandasından “təmizləndi. Yeni rəhbərlik A.Bəşirovun birinci müavini Rəfael Rəhmanov başda olmaqla digər əsas vəzifə sahiblərini işdən kənarlaşdırdı.

Modern.az saytı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən qurumun yeni rəhbərliyinin  tərcümeyi-halını əldə edib. Onu sizin diqqətinizə təqdim edirik:


Rauf Göyüş oğlu Vəliyev
- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri.
1965-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1990-cı ildə Leninqrad Su Nəqliyyatı İstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
1990-1997-ci illərdə “Xəzərdənizneftdonanma” İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisi üzrə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, İdarənin xarici əlaqələr şöbəsinin rəisi, 1997-ci ildən isə İdarə rəisinin xarici əlaqələr üzrə müavini vəzifələrində işləyib. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007-2013-cü illərdə ARDNŞ-nin Baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Prezidentinin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Prezidentinin 19 sentyabr 2011-ci il tarixli sərəncamı ilə o, “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
Ailəlidir, iki övladı var.
Yeni Azərbaycan Partiyasının üzvüdür.


Muxtar Bəhram oğlu Axundov - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini.
1946-cı ildə Salyan şəhərində anadan olub. 1967-ci ildə Bakı dəniz yolları məktəbini, 1987-ci ildə isə Odessa Ali Dəniz Mühəndisləri Məktəbini bitirib. Əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində başlayıb. 1967-2013-cü illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində matros, kapitanın 3-cü, 2-ci və baş köməkçisi, kapitan, Türkiyənin İstanbul şəhərindəki nümayəndəliyin rəisi, Gəmiçilik rəisinin xarici-iqtisadi əlaqələr və marketinq üzrə müavini vəzifələrində çalışıb.
2014-cü ilin əvvəlində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin olunub.
Uzaq səfərlər kapitanıdır. “Tərəqqi” medalına layiq görülüb.
Ailəlidir, 3 övladı var.
Yeni Azərbaycan Partiyasının üzvüdür.


Cəlal Həsənağa oğlu Fərəcli
- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müavini.
1967-ci ildə Yardımlı rayonunun Ləzra kəndində anadan olub. 1988-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu (N.A.Voznesenki adına Leninqrad Maliyyə İnstitutunun Bakı filialı), 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1988-1991-ci illərdə Sov.İKP-nin XXII qurultayı adına NQÇİ-də müxtəlif vəzifələrdə (maşın-hesablama bürosunda operator, mühasib, iqtisadçı) çalışıb. 1991-1993-cü illərdə N.Nərimanov adına NQÇİ-də baş mühasibin müavini, 1993-1995-ci illərdə “Bulla-Dəniz“ NQÇİ-də baş mühasib, 1995-2007-ci illərdə “Xəzərdənizneftdonanma” İdarəsində İqtisadiyyat uçotu departamentinin rəisi, 2008-2013-cü illərdə “Azneft” İB-nin İqtisadiyyat və uçot departamentinin rəisi vəzifələrində işləyib.
 2014-cü ilin əvvəlində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin iqtisadi məsələlər üzrə müavini təyin olunub.
İqtisadiyyat üzrə fəlsəfə doktorudur
Evlidir, 3 övladı var.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti  Azərbaycan Prezidenti İlham Əliyev ötən il oktyabrın 22-də imzaladığı sərəncamla ləğv edilmiş Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının bazasında yaradılıb.


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir.
Nəqliyyat donanmamızın tərkibində 61 gəmi, o cümlədən 33 tanker, 13 gəmi-bərə, eləcə də universal quru yük gəmiləri var. İxtisaslaşdırılmış donanma isə 184 gəmidən, o cümlədən 15 kran, 19 təchizat-yedək, 2 dalğıc, 2 borudüzən, 5 mühəndis-geoloji, 2 sərnişin gəmisindən və bir çox digər kiçik subasımlı gəmilərdən ibarətdir.
Avropa – Qafqaz – Asiya (TRASEKA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə eyni zamanda, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərir.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi