Modern.az

“Qarabağ”ı dəstəkləməyə gedən jurnalistlərin adları açıqlandı

“Qarabağ”ı dəstəkləməyə gedən jurnalistlərin adları açıqlandı

21 Oktyabr 2014, 12:09

Bir müddət öncə “Qafqazinfo”nun baş redaktoru Elbrus Ərud öz Facebook səhifəsində  Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ”ın “Dnepr”lə qarşılaşmasını meydanda canlı izləmək, komandamıza dəstək vermək üçün jurnalist həmkarlarını Ukraynaya səfərə çağırıb.
 Modern.az xəbər verir ki, dünən 15 nəfərlik jurnalist heyəti Kiyevə yola düşüb. Onların arasında Azərbaycan Prezidenti yanında Bilik Fondunun  mətbuat katibi Ceyhun Musaoğlu, aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu, Elbrus Ərud, azadinform.az saytının redaktoru Niyaz Niftiyev, “avropa.info”nun baş redaktoru Ruslan Bəşirli, jurnalistlər Nicat Dağlar, İqbal Aslanov, Günay Arda, Zəhra Rüstəmova və Yaqut Məmmədova  da var.

Jurnalistlərin səfərinə maliyyə dəstəyini  “Azərsun” və “Akkord” şirkətləri həyata keçirir. Oktyabrın 23-də keçiriləcək qarşılaşmadan öncə jurnalistlər “Olimpiyskiy” stadionuna dostluq yürüşü edəcəklər. 
Bundan başqa, oyun öncəsi “Qarabağ” klubunun təmsilçiləri və futbolçularla görüş keçiriləcək .

Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI