Ağsu aşırımındakı iaşı obyektləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları Ağsu və Şamaxı rayonlarının İcra hakimiyyətlərinin və yerli Polis orqanlarının nümayəndələri ilə birlikdə Ağsu və Şamaxı rayonları ərazilərində Ağsu aşırımının magistral yol kənarında əhaliyə xidmət göstərən ictimai iaşə obyektlərində iki gün reydlər keçiriblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 30-31-də keçirilmiş müayinələr zamanı həmin obyektlərdə sanitariya norma və qaydalarının kobud pozulması halları aşkar edilib.
Yol verilmiş nöqsanlarla əlaqədar Ağsu rayonu ərazisində 18 ictimai iaşə obyektinin, Şamaxı rayonu ərazisində isə 9 ictimai iaşə obyektinin fəaliyyəti dayandırılıb. Ağsu rayonu ərazisində 2 obyektin, Şamaxı rayonu ərazisində isə 3 obyektin sahibkarı inzibati qaydada cərimə olunub.
Nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin aparılması Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən nəzarətə götürülüb.
Modern.az