Modern.az

Şarl Aznavur erməniləri bir daha pərt etdi: “Mən Ermənistanın göstərişilə hərəkət etmirəm”

Şarl Aznavur erməniləri bir daha pərt etdi: “Mən Ermənistanın göstərişilə hərəkət etmirəm”

15 Noyabr 2014, 13:11


Ermənistan mətbuatında bir neçə gündür Fransanın məşhur müğənnisi, erməni əsilli Şarl Aznavur haqqında yazılan və geniş səs-küyə səbəb olan böhtan xarakterli məlumatlara artıq son qoyulub. Belə ki, Türkiyənin “Posta” qəzetində dərc olunmuş Şarl Aznavurla müsahibə və ona verilən “Qızıl çinar” mükafatı barədə məlumatların uydurma olduğunu iddia edən erməni mətbuatı bunu türklərin növbəti provakasiyası adlandırsa da, qarşı tərəfin tutarlı cavabı erməni yalanlarını alt-üst edib.   

Modern.az-ın məlumatına görə, məşhur türk prodüser Ərkan Özərmanın ermənilərin “Sivilnet” saytına verdiyi cavabında bildirilir ki, Şarl Aznavurla Parisdə şəxsən özü görüşüb və “Qızıl çınar” mükafatını da özü ona təqdim edib. O, məsələyə daha geniş aydınlıq gətirərək deyib: “Dünya şöhrətli Şarl Aznavuru uzun illərdir tanıyıram və bilirəm ki, yayılmış söz-söhbətlərə baxmayaraq, o, türkləri çox sevir. Əvvəllər də mən ona deyirdim ki, gəl bir görüşək, səmimi söhbət edək, bəzi məsələlərə aydınlıq gətirək. Siyasi gündəmdən, ətrafdakı təzyiqlərdən, diasporun qoyduğu qadağalardan danışaq. Nəhayət ki, Parisdə nahar təşkil edib onunla görüşmək bizə nəsib oldu. Görüşdə həm də məşhurlardan - Dade Şakir, Çiko, Türkiyənin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Haqqı Akıl da iştirak edirdi. Biz restoranda 3 saat ərzində bir sıra vacib məsələlərə aydınlıq gətirərək ətraflı söhbət etdik. Onunla “Posta” qəzetində dərc olunmuş söhbətimizin əsas məqamları isə aşağıdakı kimi olub”:

- Cənab Aznavur, belə bir fikir yayılıb ki, Şarl Aznavur erməni əsilli olduğuna görə türkləri sevmir və Türkiyə əleyhinə çıxışlar edir.

- Yalandır, indiyə kiumi mən Türkiyə əleyhinə heç bir söz deməmişəm. Əgər demişəmsə, qoy sübut etsinlər. Erməni əsilli olduğu üçün başqasına ittiham irəli sürmək insanlığa həqarətdir. Mənim anam köhnə türkiyəlidir, özü də İzmitdənidir. İzmitdə və Adabazarda onlarla qohumlarımız var. Anamın ana dili türk dili olub və o, türkcə danışıb. Anam Türkiyəni şox sevirdi. İstanbula gedib-gəlməkdən zövq alardı. Bilmirəm kim tərəfindən uydurulub, mənə də dərindən təsir edir ki, guya, erməni əsilli olanlar türklərin düşmənidir. Nə qədər alçaldıcı və təhqiramiz fikirdir.

Osmanlı dövründəki hadisələri qabartmaq kimə nə xeyir verə bilər? O zaman hələ Türkiyə Cümhuriyyətinin yaranmadığı bir dövrdə onu günahlandırmaq, köhnə yaraları qoparmaq kimə lazımdır? Ən çox eyib və mənəviyyatsız olanı odur ki, məni də siyasi oyunlara cəlb etmək istəyirlər. Dediyim sözləri təhrif edərək, mənə qarşı mənfi rəy yaratmağa çalışırlar. Təəssüflər olsun ki, türklərin bir hissəsi də buna ınanır və elə bilirlər ki, mən türklərin düşməniyəm. Keçən il bir müsahibəmdə demişdim ki, türklər “soyqırımı” sözünü eşidəndə hirslənir və narahat olurlar... Bu sözlərə görə diaspor bilirsiniz mənə nə qədər təsir göstərdi. Ağızlarına gələni dedilər.

- Erməni kökənli bir çox insanlar var. Amma soyqırımı problemi barədə daha çox Sizə sual verirlər.

- Mən Fransada doğulub, böyümüşəm. Mahnılarımı da fransızca yazıb, oxumuşam. Filmlərdə də  fransızca danışmışam. Dünyanın hər yerində məni fransalı kimi tanıyırlar, ona görə ki, mən Fransa vətəndaşıyam. Məni Ermənistan-Türkiyə sərhədinin bağlı olması çox narahat edir. Ermənistana gətirilən malların çoxu Gürcüstan vasitəsilə Türkiyədən gəlir. Axı Ermənistan sərhədləri həm Türkiyə ilə, həm də Azərbaycanla açıq olmalıdır. Qonşular yaxın dost olmalıdır. Ədavət və düşmənçilik unudulmalıdır. Erməni xalqı iri dövlətlərin göndərdiyi yardımlarla  xoşbəxt ola bilməz. Özü də yardımların böyük bir hissəsi silah olur. O silahlar heç vaxt sülh gətirə bilməz. Mən həmişə və hər yerdə bu barədə danışmışam.

- Sizin sözlərinizdən belə başa düşülür ki, Ermənistanın apardığı beynəlxalq siyasətdən narazısınız və onu uğursuz hesab edirsiniz. Bununla belə, siz Ermənistanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfirisiniz.

- Bəli, fövqəladə və səlahiyyətli səfirəm... Amma bu, mənim müstəqil fəaliyyətimə mane olmur. Mən müstəqil səfirəm. Yəni Ermənistanın direktivlərilə hərəkət etməmişəm, etmirəm və etməyəcəm. Mən mənim bildiyim və tanıdığım ədalət prinsipləri ilə hərəkət edirəm.

- Soyqırımı ilə əlaqədar sizin uşaqlarınızın yanaşması necədir?

- Bu sualları onlara verməniz lazımdır. Mən ailəmizin tərkibini təqdim edim, cavabını siz verin: xanımım isveçrə kökənlidir və protestantdır. Mən ana tərəfdən türkiyəli, ata tərəfdən gürcüstanlıyam. Hazırda Fransa vətəndaşı olaraq, qriqoryanam. Qızım əlcəzairli ilə evlidir, ailəsi müsəlmandır. O biri qızım yəhudi ilə evlidir. Bizim ailəmiz dini baxımdan çox zəngindir, yəni bütün dinlərdən nümayəndələr var. Bizdə heç kim biri o birinin inancına və düşüncəsinə qarışmır. Nəhayət, onlar evlənəndə mən deməmişəm ki, bu niyə müsəlmandır və ya o niyə yəhudidir? Bizim hər birimizin müxtəlif millətlərdən yaxın dostlarımız var. Nə qədər gözəldir, elə deyilmi?

- Bızim söhbətimizdən belə çıxır ki, siz türkləri çox sevirsiniz?

- Bəli, çox sevirəm. Türklər vicdanlı insanlardır. Baxın, İraqdan, Suriyadan - Kobanidən 2 milyona qədər qaçqın Türkiyəyə pənah gətirib. Onlar müharibədən, ölümdən qaçıblar. Ermənistandan 100 mindən artıq insan qanunsuz olaraq Türkiyədə yaşayır və işləyir. Türkiyə bütün bunlara göz yumur və səsini də çıxartmır. Halbuki, rəsmi Ankara istəsə 24 saat ərzində 100 min ermənini ölkədən çıxarar.

Hazırda Ermənistanın Türkiyəyə ehtiyacı var. Sərhədlərin açılması çox vacib məsələdir. Öncə sülh üçün, sosial rifah üçün vacibdir. Mən həm də 2015-ci il konteksində problemlərə insani nöqteyi-nəzərdən yanaşmağı lazım bilirəm.


Ana tərəfdən izmitli olan Şarl Aznzvura “Qızıl çinar” mükafatını  Parisdə olarkən Türkiyənin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Haqqı Akıl və prodüser Ərkan Özərman təqdim ediblər. Aznavur mükafatı alarkən deyib: “Əgər anam görsəydi ki, onun həmvətənləri mənə mükafat verdilər, o, çox sevinərdi”.

Qeyd edək ki, hər il Kocaeli - İzmitdə keçirilən “Qızıl çınar” yarışması üzrə mükafat təqdimatı bu il İstanbulda keçirilib. Son dəfə İstanbulda 1950-ci ildə olan Aznavur 2015-ci ilin əvvəli üçün Türkiyəyə dəvət olunub. O, sevinərək bu dəvəti məmnuniyyətlə qəbul edib.

İsmayıl  Tanrıverdi   
BDU-nun erməni araşdırmaları ETL-in böyük elmi işçisi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI