Modern.az

Azərbaycan Ticarət və Sənaye Palatasına yeni prezident seçilib - FOTO

Azərbaycan Ticarət və Sənaye Palatasına yeni prezident seçilib - FOTO

18 Noyabr 2014, 15:08


Noyabrın 18-də Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Rəyasət Heyətinin növbədənkənar iclası keçirilib. Rəyasət Heyətinin qərarı ilə Niyaz Ənvər oğlu Əlizadə Ticarət və Sənaye Palatasının prezidenti seçilib.
Niyaz Əlizadə buna qədər Ticarət və Sənaye Palatasının Ivitse-prezidenti vəzifəsini tuturdu.

Modern.az-ın məlumatına görə, Ticarət və Sənaye Palatasının əvvəlki prezidenti Süleyman Tatlıyev 2014-cü il martın 9-da dünyasını dəyişdiyindən, bu vəzifə boşalmışdı.

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası milli iqtisadiyyatının inkişafına yardım edən müstəqil təşkilatdır, 1922-ci ildə yaradılıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı