Modern.az

Əfsanəvi “ARQO” gəmisinin sirri - II Hissə

Əfsanəvi “ARQO” gəmisinin sirri - II Hissə

24 Noyabr 2014, 23:45


Şimaldan Balkanlara köç edən qıpçaq türkləri Avropanın içərilərinə də, o cümlədən indiki İtaliyanın şimal-qərbindəki Etruriyaya da səpələnmişdilər. Eradan qabaq 12-ci əsrdə yunan-Troya savaşından sonra Kiçik Asiyadan köç edən türklər də Troyalı qəhrəman Eneyin başçılığı altında yeni torpaqlar axtara-axtara  Etruriya deyiləcək yerə  gəlmişdilər Aralıq dənizi vasitəsilə və şimaldan gələnlərlə birləşib o zamanın mədəni və qüvvətli Etrusk dövlətini yaratmışdılar.

Herodota görə, Troya müharibəsindən dərhal sonra Kiçik Asiyanın qərbindən indiki İtaliyaya lidiyalıların, yəni etruskların köçləri olmuşdur, onlara “tirrenlər” deyirdilər. Tirren, dardan, türsak, pelasak, troyalı, lidiyalı, nə  demirlərmiş adlarına? Firon 3-cü Ramzes dövrünün yazılarında misirlilərlə vuruşan bu dəniz savaşçılarına “turşa” deyilir. Apennin yarımadasında məskunlaşdıqları Etruriya, yəni indiki Toskana ətrafındakı dəniz onların adı ilə də Tirren dənizi adlanmışdır. Roma şəhərinin əsasını qoyan Romul və Rem qardaşları da Vergilinin  “Eneida” əsərində etrusklar kimi göstərilir. Elə Romul və Rem qardaşlarını körpəlikdə südü ilə bəsləyən qurd əfsanəsi də Orta Asiya türklərinin dədələrinin bozqurdla bağlı əfsanələrindəndir. Bəli, məhz Etrusk dövlətinin təsiri ilə eradan əvvəl  8-ci əsrdə Roma adlı şəhər dövləti salınmışdır, əsrlər sonra Roma qüvvətlənib Etrusk dövlətini məğlub  etmiş, onu öz koloniyasına çevirmişsə də, o vaxtkı romalılar əcdadlarının etrusklar olduqlarını nəinki danmırdılar, hətta bununla fəxr edirdilər. Romanın məşhur “Qay” nəslinin Troya çarı və qəhrəmanı Eneyin Yul  adlı oğluna  gedib çıxdığı faktdır. O nəslin ən məşhur nümayəndəsi Qay Yuli Sezar senatdakı ilk çıxışında fəxrlə belə demişdi:
”Mən əsilzadəyəm, Troyalı Eneyin nəslindənəm”. Diqqət edin: o məşhur adam “latınlardanam, Romalı filankəslərdənəm” demir, Kiçik Asiyadan gəlmə “Troyalı Eneyin nəslindənəm”, deyir. Yəni, qısacası, türk əsilliyəm, deyir. Yalan demirdi o şəxsiyyət; Roma dövlətinin birinci konsulu kimi yüksək vəzifəyə seçilən birisinin öz əsli-nəsəbi barədə yalan məlumat verməsi mümkünsüz bir şey idi. Sezar kimi adlı-sanlı adamların, necə deyərlər, yeddinci ulu babasına qədər hansı nəslə mənsub olduqları o zamanın Romasında onsuz da hər kəsə bəlli idi;  həqiqətən də, onun ulu babaları Eneyin də mənsub olduğu Kiçik Asiya türklərinin “Qayı” boyundan idilər. Gələcəkdə ilk Roma imperatoru olacaq oğulluğu Oktavian Avqustun da, eramızın ikinci əsrinin Roma konsulu Asiliy Qlabrionun da  Eneyin nəslindən olmaları məlumdur. Oktavian Avqust Yuli Sezarın yaxın qohumu idi, bir nəsildən idilər, Sezar sonradan onu oğulluğa götürmüşdü. Sezar öldürüldükdən sonra o, atalığının adını bütünlükləözünə götürərək Qay Yuli Sezar Oktavian olmuşdu və beləcə o da  “Qayı” türklərinə mənsubluğunu rəsmən təsdiq etmişdi. Yəni Romanın təməlini qoyan Romulun da, zamanın ən qüdrətli dövlətinəçevrildiyi vaxtlarda  onu  respublikadan imperiyaya çevirmək istədiyi üçün öldürülən Sezarın da, onu imperiyaya çevirib ilk imperator olan Oktavianın da damarlarında türk qanı axırdı.
(Bütün dünya türkləri kimi “Qayı” tayfasının da özəyi, təbii ki, Orta Asiyada idi. Sezardan on üç əsr sonra monqolların bütün Asiyaya hökmranlıq etdikləri vaxtlarda oğuz türklərinin bir çox boyu kimi həmin bu qayı boyu da monqollardan qaçaraq cəmisi 400 çadırdan ibarət köçkünlə Ankara yaxınlığına yerləşmiş və o köçün içindən çıxmış Osman o əsrin sonundaca qüdrətli Osmanlı imperiyasının təməlini qoymuşdu).

Əlbəttə, indiki Romada türk əsilli birisinin prezident, baş nazir, müdafiə naziri kimi mühüm dövlət vəzifələri tutması absurd bir şeydir, amma o zamankı Roma  respublikasının idarəçiliyində insanın milli mənsubiyyəti şəhərin təməli qoyulduğu vaxtlardan  önəmli rol oynamırdı, yetər ki mühüm vəzifəyə irəli çəkilən insan Roma vətəndaşı olsun və respublikanın qüdrətlənməsi üçün nəsə bir iş görməyi bacarsın. Oktaviana qədərki Roma dövlətində qanun hər şeydən - milli, dini, irqi mənsubiyyətdən yüksəkdə dayanırdı. Hər bir Roma vətəndaşı azad, bərabərhüquqlu insan idi və yalnız qanun qarşısında cavabdeh idi. Hətta  qələbədən qələbəyə getdiyi üçün xalqın da, ordunun da dərin rəğbətini qazanmış Yuli Sezar şan-şöhrətindən istifadə edib qanunu pozmaq, özünü imperator elan etmək istəyəndə qanun qoruyucuları baş verə biləcək hadisələrəəsla məhəl qoymadan buna imkan vermədilər; o dövrün Romasının bir nömrəli adamı senatdaca senatorlar tərəfindəncə xəncərlərlə deşik-deşik edildi. 

Əslində nəinki Sezar, ümumiyyətlə, o əsrlərin heç bir Roma vətəndaşı  “mən latın əsilliyəm” deyə bilməzdi. Latındilli olmaqla  latınəsilli olmaq başqa-başqa şeylərdir. Latın adlı xalq Yer üzündə yerli-dibli olmayıb. O, kökün türklüyə gedib çıxmasını gizləmək üçün əsrlər sonra uydurulacaq bir nağıldır ki, guya belə bir xalq nə vaxtsa  Yer üzündə yaşayıb, sonra yoxa çıxıb və guya indiki latındillilər həmin o sirli şəkildə yoxa çıxan xalqın törəmələridirlər.
Əzizlərim, italyanların özləri də, bütün Avropa da gözəl bilir ki, indiki İtaliya ərazisinə iki böyük köç olmuşdur; birincisi, eradan əvvəl ikinci minilliyin əvvəllərində Alp dağlarının arxalarından, ikincisi isə  eradan əvvəl birinci minilliyin əvvəllərində  indiki Türkiyənin qərbindən. Yəni Alp dağlarını aşıb Balkan yarımadasına doluşaraq gələcəkdə yunan adlı xalqın formalaşmasında iştirak edəcək Dəşti-Qıpçaq türklərinin  bir  hissəsi  onlardan ayrılıb biraz da qərbə gedərək Apennin yarımadasında məskunlaşmışlar. Amma özləri ilə bu  yerlərə bürünc və dəmir mədəniyyəti gətirmiş bu insanlara  qədər hər iki yarımada heç də boş deyilmiş, oralarda onlardan qabaq çox olmasa da  insanlar yaşayırmış. Troya qəhrəmanı Eneylə başlayan növbəti köç zamanı  Kiçik Asiya türklərinin Etruriya sahillərində qarşılaşdıqları və ilk vaxtlarda savaşdıqları insanlar məhz onlardan törəyən nəsillər olmuşdur.

Kim imiş onlar?

Qulaq asın, əzizlərim, bu mənim fantaziyam deyildir. Alimlər artıq qəti olaraq belə bir fikrə gəlmişlər ki, etrusklardan da təxminən min il əvvəl, daha doğrusu, eramızdan əvvəl 3-cü minilliyin başlarında Kiçik Asiyadan Balkan və Apennin yarımadalarına  “pelask” deyilən tayfaların böyük köçü olmuşdur. Etrusklar onlarıözlərinin əcdadı hesab etmişlər.

Həm etrusklar, həm də pelasklar  Qafqazdan şumerlərin dədələri ilə birlikdə  eradan qabaq 5-ci minilliyin sonlarında Kiçik Asiyaya və Dəclə-Fərat çayları arasına köç etmiş “sak”, ”iskit” türkləridirlər, Azərbaycanda “Şəki”, ”Zakatala” /əslində Sakatala /  adlarında bu tayfanın adı hələ də saxlanmaqdadır. O köçdən 2000 il sonra  saklardan pelask adlananlar, ondan da daha 1000-1200 il sonra isə etrusk adlananlar Balkan və Apennin yarımadalarına köçmüşlər. Etrusklar  Apennin yarımadasına köçdüklərində şəhərlər salırlar, baş şəhərlərinə Tarkviniya deyirlər. ”Türkvan” sözüdür bu, ay əzizlərim, yəni türk məskəni. Yeni məmləkətlərini əhatələyən böyük dənizə də məhz türklüklərinə görə “Tirren dənizi” demişlər. Belə ki hind-avropalı deyilənlər türk insanına “tau ər” demişlər, yəni dağ adamı, dağlarda yaşayan adam. ”Turan” sözü buradandır, sadəcə cəm haldadır, ”dağ adamları” deməkdir. Əsrlərlə təhrif olunaraq  “Tirren”  şəklinə  düşmüşdür.

Sak-iskit türklərinin digər qolu eradan qabaq 5-ci minilliyin sonlarında Qafqazdan şimal istiqamətinə, oradan da Şərqi və Mərkəzi Avropaya köç etmişlər. Apennin yarımadasını şimaldan qövs kimi əhatəyə alan Alp dağlarını zaman-zaman  aşaraq indiki İtaliya ərazisinə də keçmişlər. Bu köçdən 2 min il sonra Qafqazdan şimal istiqamətinə daha bir böyük köç olmuşdur; indiki İsmayıllı rayonu ərazisində Girdiman çayı həndəvərindəki torpaqlarda yaşayan  Girdiman tayfalarının köçü. Eradan əvvəl ikinci minilliyin başlarında sayları o qədər çoxalmış ki, mərkəzi Avropaya qədər səpələnmişlər, özlərinə qədər o yerlərdə yaşayan sak nəsillərini indiki Almaniyanın Reyn və Elba çayları arasından sıxışdırıb onları qərbə, Pireney yarımadası tərəflərə çəkilməyə məcbur etmişlər; onlara  “kelt”  deyirmişlər. Yunanlar və romalılar xalq kimi formalaşandan sonra onlara “qall” deyəcəkdilər, onların yaşadıqları Reyn- Pireney arasındakı torpaqlara, yəni indiki Fransa ərazisinə isə Qalliya. Çünki yunanların və romalıların qarabuğdayı tipi ilə müqayisədə  türk insanının parlaq sarı saçlıları, mavi gözlüləri  olan  keltlərin dəriləri süd kimi bəmbəyaz rəngdəymiş, ona görə də yunanlar öz dillərində onlara  “süd” mənasını verən  “qala” demişlər. Qədim romalılar “Alp dağlarının o üzündəkilər” deyəndə həmin bu Qalliyalıları və Girdiman-girman-german tayfalarını  nəzərdə tuturdular. (Qeyd edim ki, indiki Türkiyə ərazisində  olmuş  qədim Qalatiya vilayəti də, məlum olduğu kimi, qall tayfalarının adı ilə bağlıdır. Onlardan bir qismi eradan əvvəl dördüncü əsrdə Qalliyadan Roma şəhərinə basqın edərək şəhəri talan edib dağıtmış, sonra Kiçik Asiyaya gələrək o vilayətdə öz qan qardaşlarının arasında  məskunlaşmışdılar. Romanın başına gələn bu fəlakətin qisasını  sonralar  Yuli Sezar artıqlaması ilə almışdı; eradan əvvəl birinci əsrin yarısında hücum edib bütün Qalliyanı işğal edərək o böyüklükdə torpaqları Roma dövlətinə qatmışdı. Və ta eramızın 5-ci əsrinə qədər, yəni 500 ilə yaxın bir müddət ərzində latındillilərin güclü təsiri altında olduqlarından qalların-keltlərin dilləri romanlaşmağa məruz qalmışdı.).

Alman xalqının formalaşması təxminən eradan qabaq 18-ci əsrdən hesab edilir, ondan irəli getmir. Niyə? Çünki məhz bu əsr alman xalqının yaşadığı indiki ərazilərə şərqdən german tayfalarının , yəni  gələcəkdə o xalqın törəyəcəyi  tayfaların  kütləvi axını və keltləri qərbə sıxışdırdıqları dövrdür, eləcə də o ərazilərdən Alp dağlarını aşaraq Apennin və Balkan yarımadasına  gəldikləri dövrdür. Təbii ki, Girdiman-german tayfaları da keltlər kimi əcdadlarının sak-iskit türkləri olduğunu bilirdilər, bu onların  məskunlaşdıqları həmin o torpaqların adında bu günə qədər də qalmaqdadır. Saksoniya. Lap əskisi Sakasen.

Keltlərin bir qismi Girdiman-german türklərindən xeyli əvvəl gəmilərlə Britaniya adalarına köçüb orada “britt” adı ilə yaşayırmışlar. Adanın cənub hissəsində “Kent”  adlışəhər də salıblarmış. Yəni bugünkü  türkcəmizdə də yaşamaqda olan “kənd” sözündən., Anadolu ləhcəsi ilə desək, ”kent” salıblarmış. ( İndi Britaniya Krallığında paytaxtı Meydstoun olan böyük qraflıqdır.).

Eramızın 5-ci əsrinin ortalarında  Asiyanın dərinliklərindən qüdrətli Atillanın başçılığı altında beşyüz minlik hun türklərinin ordusu Mərkəzi Avropaya çatıb Roma və Bizans imperatorluqlarını titrədəndə  dilləri romanlaşmağa uğramış german tayfalarının arasına da qaçhaqaç düşür. Sak türklərindən Reyn və Elba arasında yaşayan  “anqlo-sakslar” hunların qorxusundan  həmin əsrin ortalarında  Britaniya adalarına qaçırlar, ”yersiz gəldi, yerli qaç”  prinsipi ilə kelt nəsillərini orada da rahat yaşamağa qoymurlar və uzun mübarizələrdən sonra Britaniyanın xeyli hissəsinə sahiblənirlər. Keltlər əsasən İrlandiya, Uels və Şotlandiya (Skotland)  ərazilərinə sığınmağa məcbur olurlar, bir hisəsi də materikə, Qalliyaya öz kelt qardaşlarının yanına qaçır.

Yenə də eramızın 5-ci əsrinin ortalarında  Reyn çayının axarı boyunca yaşayan digər Girdiman-german tayfası olan Franklar Atillanın qorxusundan Qalliya torpaqlarına soxularaq oranı işğal edirlər və 5-9-cu əsrlərdə Frank dövlətini sürdürərək keltlərlə birlikdə gələcək fransızların, hollandların, flamandların, provansallıların, vallonların və başqalarının  etnogenezində  iştirak  edirlər.

Və  yenə də həmin əsrdə Reyn-Elba çayları arasında möhkəmlənmiş german tayfalarının başqa bir qrupu , daha doğrusu şərq qolu  hun təhlükəsindən uzaq olmaq üçün şimal-şərq istiqamətində  köç edərək özlərindən neçə min illərlə əvvəllərdən sak nəsillərinin yaşadıqları  yarımadada məskən salırlar. Həmin yarımadada indiki  İsveç adlı ölkənin cənubunda  yerli əhali öz ilkin yurdlarına  “Sak kəndi”  deyirmiş, o yurd  “Skəne” adı ilə indiyədək də orada tarixi vilayət kimi qalmaqdadır. Zamanca insanların sayı artıb bütün yarımadaya yayıldıqca  bu məskənin adıyla bütün yarımada  Skandinaviya adlanmağa başlayır. Yəni Avropanın haradasa cəmisi ikicə minillik ərzində müxtəlif xalqlar kimi formalaşmış fransız, ingilis, alman, norveç, isveç, holland kimi böyük xalqları vahid türkdilli Girdiman tayfalarından ayrılmış qardaşlardan törəyənlərdir. Məşhur Norveç alimi, antropoloq Tur Heyerdal bu sözləri uzun elmi axtarışlarından sonra deyəcəkdi: “Azərbaycan, onun Xəzərboyu sahilləri avropalıların, xüsusilə Skandinaviya xalqlarının ana vətəni olmuş, Avropa mədəniyyətinin kökü də məhz bu diyardan başlanmışdır”.

Bəli! Ana vətəni! Həqiqətən  qürur  duyulası  böyük sözlərdir.   

(ardı var)

Mirzə Hacıyev

***
Əfsanəvi “ARQO” gəmisinin sirri - I Hissə
//modern.az/articles/67759/1/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı