Modern.az

Ali məktəbə ən çox, ən az tələbəsi qəbul olunan şəhər və rayonlar

Ali məktəbə ən çox, ən az tələbəsi qəbul olunan şəhər və rayonlar

2 Sentyabr 2010, 13:40
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010/2011-ci tədris ili üçün bütün ali məktəblərə qəbul imtahanlarını bir müddət öncə yekunlaşdırıb. Bu ilki imtahanların nəticələrinə əsasən, ali məktəblərə ən çox və ən az abituriyent ölkənin hansı şəhər və rayonundan daxil olub? Modern.az bu sualla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) müraciət edib.  Tələbə Qəbulu üzrə Dövlət Kommisiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az saytına verdiyi açıqlamada bildirib ki, bu il ali məktəblərə ən çox tələbə qəbuluna görə, Bakı şəhəri öz rayonları ilə birinci yerdədir. Bu isə təbii sayılmalıdır. İkinci yerdə Sumqayıt şəhəri gəlir. Üçüncü yerdə isə Salyan, dördüncü yerdə Naxçıvandır.

Bu il ali məktəblərə ən az tələbə qəbuluna görə, sonuncu yerlərdə sıralama belədir:

Xaçmaz;

Fizuli;

Daşkəsən;

Ağsu.

Qeyd edək ki, cari ildə ali məktəblərə ayrılmış 30457 plan yerinə 28698 abituriyent qəbul olunub.

Vüqar Ağamalıoğlu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI