Modern.az

İranın “İrna” agentliyi Azərbaycanla münasibətlərə dair məqalə yayımlayıb

İranın “İrna” agentliyi Azərbaycanla münasibətlərə dair məqalə yayımlayıb

Təhsil

16 Fevral 2015, 22:25


İranın “İrna” informasiya agentliyi bu ölkənin Azərbaycandakı səfiri Möhsün Pakayinin ölkələrimiz arasındakı əlaqələrdən bəhs edən məqaləsini yayıb.

Məqalədə hər iki ölkənin prezidentlərinin müdriklik və siyasi iradə nümayiş etdirərək əlaqələrin inkişafına qərar verdikləri bildirilir. Səfir İranın xarici işlər nazirinin Azərbaycana səfərinin uğurlu olacağına əminliyini ifadə edir. Diplomat vurğulayır ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirlər.

Diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti qonşu ölkələrlə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. İran ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması rəsmi Bakının xarici siyasətinin prioritet istiqamətlərindəndir. Eyni tarixə, dini və mənəvi dəyərlərə malik olan xalqların mehriban qonşuluq və dostluq şəraitində yaşamaları ölkələrimizin maraqlarına uyğundur. Məhz xalqlarımızın maraqlarından çıxış edən prezidentlər qarşılıqlı əlaqələri inkişaf etdirməkdə qərarlıdırlar.

Məqalədə ölkələrimiz arasında əlaqələrin perspektivlərindən söhbət açılır, iqtisadi inkişafın davamlı xarakter alması üçün bütün sahələrdə əməkdaşlığın zəruriliyi vurğulanır.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!