Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət partiyanın təsisçisi olduğuğu “İnsan Naminə” blokunun namizədlər siyahısına adı salınmayıb.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Modern.az-a açıqlamasında bu məsələyə münasibətini birmənalı açıqlamaqdan imtina edib. Onun sözlərinə görə, bu Lalə Şövkətin öz qərarıdır.
“Lalə xanım parlament siyasətini tərk edib”- deyə Ə. Temirxan bəyan edib. Bununla yanaşı, ALP sədri vurğulayıb ki, Lalə Şövkət siyasətdən getməyib və partiyanın lideri kimi namizədlərə dəstək verəcək.
Xatırladaq ki, keçmiş dövlət katibi Lalə Şövkət 2005-ci ildə keçirilən parlament seçkilərində 17 saylı Yasamal üçüncü seçki dairəsindən qalib gəlsə də, deputat mandatınan imtina etmişdi. 2006-ci ildə MSK Lalə Şövkətin mandatını ləğv edib. Onun dairəsində əlavə seçkilər keçirilməyib və dairə bu günə qədər boş saxlanılıb.
Modern.az